Vaqif Poeziya Günləri Azərbaycan mədəni tarixinin ən köklü ənənələrindən biridir.
Modern.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vaqif Poeziya Günləri çərçivəsində “Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalında deyib.
Nazir müavini deyib ki, ildən ilə poeziya günlərinin formatı genişlənir:
“Bu il bu genişlənmələrdən biri də məhz türk dünyası şairlərinin festivalı ilə bağlıdır. Həmçinin uzun fasilədən sonra Vaqif Poeziya Günlərinin yenidən ənənə halı alması qeyri-maddi mədəni irsə qayğının nəticəsidir. Çox şadıq ki, builki festivalda türk dünyasından olan qonaqlarımız və gənc istedadlarımız var”.