Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibi formalaşdırılacaq.
Modern.az xəbər verir ki, bu barədə Şuradan məlumat verilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Dil Komissiyasının işinə dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir:
"Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm".