Modern.az

Türk dünyasının ortaq telekanalı açılacaq

Türk dünyasının ortaq telekanalı açılacaq

Media

27 Noyabr 2025, 17:47

Müasir medianın inkişafı birbaşa yüksək texnologiyalara, xüsusilə də peyk sistemlərinə və süni intellektə bağlıdır.

Modern.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində keçirilən "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunmuş panel sessiyasında çıxışı zamanı Türkiyənin Azərbaycandakı səfiriliyinin müşaviri Cihangir İşbilir deyib.

"Bu gün müasir, peyk texnologiyaları inkişaf etdirilmirsə, medianı da inkişaf etdirmək mümkün deyil. Müasir texniki dəyişikliklərin mediaya təsirləri müşahidə edilib araşdırılmalıdır. Süni intellekt çox sürətli alqoritmdir. Xarici şəbəkələr süni intellekti çox yaxşı şəkildə mənimsəyiblər. Biz də bu istiqamətdə inkişaf etməliyik”,- o deyib.

Cihangir İşbilir Türk dövlətlərinin ortaq beynəlxalq televiziyasının yaradılması məsələsinin həll edilməsinin vaxtının çatdığını vurğulayıb.

Qeyd edək ki, 2014-cü ildə Türkdilli Dövlətlərin (TDT) Əməkdaşlıq Şurasının qərarı ilə türk dövlətlərinin birgə telekanalının yayımlanması istiqamətində işlərə başlanıb, 2016-cı ildə kanalın yayıma çıxacağı hədəflənirdi. Lakin sonradan bu məsələ öz həllini tapmadı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı