Modern.az

İstanbulda XXII Dünya Neft Konqresinin açılışı olub

İstanbulda XXII Dünya Neft Konqresinin açılışı olub

Aktual

9 İyul 2017, 22:34

Türkiyə Prezidenti Administrasiyasının himayədarlığı ilə İstanbulda XXII Dünya Neft Konqresi işə başlayıb. Modern.az xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, eləcə də dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən konqresdə Azərbaycan da təmsil olunur.

Konqresin rəsmi açılışında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ-ın dövlət katibi Reks Tillerson və digərlərinin çıxışları dinlənilib.

Qeyd olunub ki, müasir dövrdə Türkiyə enerji üçün açar ölkə rolunu oynayır.

Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi konqresdə neft-qaz yataqlarına aid kəşfiyyat işləri, karbohidrogen ehtiyatların emalı, hazır məhsulların daşınması, onların alıcılara təhlükəsiz çatdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, 1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir. Bu konqres ötən dövrdə dünyada enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib.

Konqres iyulun 13-dək davam edəcəkdir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır