Arxiv
3 İyul 2018, 12:19 | HADİSƏ
Doğrudanmı kəskin istilər enerji qəzası yaradır? - Mütəxəssis DANIŞDI

İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Maraqlıdır ki, hadisənin ilkin səbəbi kimi kəskin isti hava şəraiti keçməsi göstərilir. Energetika Nazirliyi və “Azərenerji” ASC-nin hadisə ilə bağlı birgə rəsmi məlumatında bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.


Doğrudanmı, havaların kəskin isti keçməsi enerji blokuna təsir edir?

AMEA-da laboratoriya rəhbəri, texnika elmləri doktoru Arif Haşımov Modern.az saytına açıqlamasında  anomal istilərdə elektrik xətlərində açılmaların baş verdiyini söyləyib.

“İndiki tələbatlar daha çoxdur”

“Neçə gündür ki, ölkə ərazisində istilər şiddətlənir. Temperatur artdıqca, qızma baş verdikcə, elektrik enerjisinə tələbat da  artır. Kəskin artma zamanı elektrik enerjisi istehsalının ötürülməsində istifadə olunan materiallarda,  istismarda açılmalar yaranır. Soyutma sistemində problemlər baş verir. İndiki tələbatlar da əvvəlki kimi deyil. Məişət cihazlarına, kondisionerlərə daha çox tələbat var. Ona görə də bu cür halların baş verməsi mümkündür”.  

“Enerji şəbəkəsi çox incə sistemdir”

Arif Haşımovun sözlərinə görə, anomal hava şəraitində bu cür hallar baş verə bilər:

“Dünənki hadisənin təkanı Mingəçevirdə olub. Enerji şəbəkəsi çox incə sistemdir. Strukturları bir-biri ilə sıx şəkildə, asılı olaraq işləyir. Sistemin reaksiyası hər şeyə çox həssasdır. Baxmayaraq ki, sistem ən yüksək texnologiyalarla təchiz olunub, amma havaların isti keçməsi belə hallara gətirib çıxara bilir. Enerji sistemi, məftillər mütəmadi olaraq texniki baxışdan keçir. Onların parametrlərinə uyğunluğu da yoxlanılır. Bizdə yüksək avtomatika var ki, maksimum çalışmış avtomatikadır və hadisələrin qarşısını almaq gücünə malikdir. Amma anomal hava şəraitində bu cür hallar baş verə bilər. Üstəlik, istilər təkcə enerji sisteminə təsir göstərmir. Kənd təsərrüfatına da mənfi təsirini görmək olar”.

Stansiyada su çox olmalıdır ki...

AMEA-nın işçisi bildirib ki, enerji sistemimiz Rusiya ilə paralel işləyir.

“Azərbaycanın enerji sistemi Rusiya ilə paralel rejimdə çalışır. Nəzərə alın ki, bu il ölkədə quraqlıqdır. Göllərimizdə də o qədər su yoxdur ki, lazım olanda elektrik enerjisindən istifadə edək. Rusiya ilə paralel rejimdə işlədiyimizə görə, Rusiya bizim tezliyimizi öz üzərinə götürüb. Ancaq elə olur ki, Rusiya Dərbənd tərəfdən  ayrılanda sistemin tezliyini apara bilmir. Biz isə məcburuq ki,  tənzimləməmizi özümüz aparaq. Söhbət 50 hers tezliyindən gedir. Bu funksiyanı da Mingəçevir Su Elektrik Stansiyası yerinə yetirir. Bu zaman stansiyada müəyyən ehtiyat saxlamalıyıq. Orada müəyyən qədər su olmalıdır ki sistemin dayanıqlığını təmin edə bilsin. Bunlar adi məsələlər deyil. İlkin baxışda sadə görülə bilər. Halbuki, elə bir mexanizmdir ki, insan orqanizminə bənzəyir. Bir-biri ilə bağlıdır”.
 

Amerikada, Rusiyada da...

Arif Haşımov dünya ölkələrində də anomal hava şəraitində eyni halların baş verdiyini də bildirib.

“Məsələn Rusiyada qışa hazırlıq sistemləri aktual olur. Yakutiyada 50 dərəcə şaxtada belə problemlər yaranır. Amerikanın özündə də sistem açılmaları ola bilir. Temperatur maksimum olanda müəyyən qabaqlayıcı işlər görülür”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çempionlar Liqasının ¼ mərhələsinin püşkü atıldı – CÜTLÜKLƏR 10 İyul 2020, 14:56 Elmar Məmmədyarov istefa verəcək? - Nazirdən AÇIQLAMA 10 İyul 2020, 14:36 İlham Əliyevin təşəbbüsünü gözləniləndən çox dövlət dəstəkləyib - RƏSMİ 10 İyul 2020, 14:30 Kiyev Rusiya ilə müharibə ehtimalını QİYMƏTLƏNDİRDİ 10 İyul 2020, 14:24 Deputat İlham Məmmədov seçicilərilə görüşüb - FOTO 10 İyul 2020, 14:18 Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ 10 İyul 2020, 14:12 Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 Baş Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI 10 İyul 2020, 14:00 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 13:55 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49