Arxiv
23 Aprel 2019, 11:56 | AKTUAL
Formula 1- ə gələnlərin sayı mitinqdəkilərdən 30 dəfə çoxdur” – Əli Həsənov

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ”Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü” adlı məqalə yazıb.

 

Modern.az həmin yazını təqdim edir:

 

”25 il tarixi nöqteyi-nəzərdən dövlət qurmaq üçün çox qısa bir dövrdür. Geosiyasi və daxili proseslər sabit məcrada cərəyan edirsə, milli dövlətin formalaşması üçün bu müddət yetərli hesab oluna bilər, lakin onun inkişafı daha çox zaman və güc tələb edir. Əgər hər hansı bir xalq cəmi 25 ilə, olduqca gərgin beynəlxalq və regional şəraitdə sabit və milli birliyə söykənən vətəndaş birliyi yarada bilibsə, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən və qlobal proseslərdə öz sözünü deməyi bacaran müstəqil bir dövlət qurmağı bacarıbsa, o xalq və həmin xalqı təmsil edən iqtidar, həqiqətən də, böyük alqışa layiqdir.

 

İndi heç kim üçün sirr deyil ki, Azərbaycandakı bugünkü iqtidar xalqa söykənərək özünü tam təmin edən, milli iradəsinə söykənən, dayanıqlı və günü-gündən inkişaf edən bir dövlət qurub. Bu mənada, biz Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı təkcə Vətənimiz olduğuna görə deyil, həm də, sözün əsl mənasında, qüdrətli olduğuna görə sevirik.

Bizim gücümüz təkcə enerji resurslarında, əlverişli coğrafiyada deyil, həm də bütün bunları real gücə çevirən Prezident İlham Əliyevin düzgün, milli maraqlara uyğun, prinsipial və ardıcıl siyasətindədir. Bunu görmək və başa düşmək üçün təbii sərvətlərlə zəngin olub öz gələcəyini qura bilməyən bir sıra ölkələrin nümunəsinə nəzər salmaq kifayətdir. Buna görə də istər daxildə, istərsə də xaricdə bəzi şəxslər və təşkilatlar tərəfindən Azərbaycana və mövcud hakimiyyətə qarşı irəli sürülən ittihamlar hədəfsiz olur, səmimi səslənmir və təbii ki, ictimaiyyət tərəfdən də qəbul olunmur.

Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək Formula 1 yarışları “zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların “əsəbini tarıma çəkir”.

Təbii ki, bu özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır. Çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür və anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır.

Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. Deməli, yarım milyard insan Bakı şəhərinin müasir görünüşünü seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı vardır. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində 113 daimi işçi çalışır, yarışlar yaxınlaşdıqca işə cəlb olunanların sayı artır və təxminən min nəfəri ötür. Əminəm ki, yüksək əmək haqqı alan mindən artıq insan, onların ailə üzvləri heç də Əli Kərimlinin bədbin iddialarını bölüşmürlər.

 

Eləcə də yarışmanı maraqla izləyən on minlərlə vətəndaşımız da bu idman bayramından böyük zövq alır və heç də müvəqqəti tıxac haqqında düşünmür. Statistika göstərir ki, 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib. Müxalifətin əsəbi gərginliyini və bu qədər sərt reaksiyasını başa düşmək olar: bu rəqəm “Məhsul” stadionuna toplaşanların sayından ən azı 30 dəfə çoxdur.

 

Formula 1 Azərbaycan Qran Prisi könüllülük hərəkatının inkişafına mühüm töhfə verir, gənclərimizin daxili potensialının açılması, onların öz bacarıqlarını nümayiş etdirməsi üçün əlverişli şərait yaradır. Yenə də statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib. Sevindirici haldır ki, gənclərimiz könüllülük hərəkatına böyük həvəslə qoşulur və ötən 4 il ərzində könüllü olmaq üçün müraciət edənlərin sayı 50 min nəfəri ötüb.

Onu da qeyd etmək istərdim ki, ildən-ilə Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana təşrif buyurub. Lakin bu, nisbi göstəricidir. Qeyd etdiyimiz kimi, bütün dünyaya nümayiş etdirilən Qran Prinin milyonlarla izləyicisi Bakının gözəlliyini seyr edir və onların bir qismi növbəti illərdə ölkəmizə turist kimi səfər edirlər.

2016-cı ildə ilk Formula 1-in şərtləri açıqlananda müxalifət bu yarışmanın təşkilinə 50 milyon dollar sərf olunacağını ciddi tənqid etdi. Dərhal riyazi hesablamalar aparıldı: bu pula neçə qaçqının güzəranını yaxşılaşdırmaq, neçə müəllimin maaşını artırmaq, neçə aztəminatlı ailəyə əlavə yardım vermək olar və s. Təbii ki, istənilən siyasi qüvvə, siyasətçi xalqın güzəranı, ayrı-ayrı təbəqələrin ehtiyaclarının daha yaxşı ödənilməsinin yollarını axtarmalı və bu məsələdə öz mövqeyini bildirməlidir. Lakin öz siyasi maraqlarına uyğun yox, obyektiv, qərəzsiz, olduğu kimi.

“PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Yəni yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. O da bəllidir ki, əsas xərcləri-müvafıq avadanlıqlar alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ili həyata keçirilir, sonrakı illər xərclər get-gedə azalır. Demək, bu və növbəti illərdə qalan qazanc daha da çox olacaq.

Formula 1 həm də dövlətin nüfuzunun, prestijinin göstəricisi, qürur mənbəyidir. Dünyada bu miqyasda tədbirlərə ev sahibliyi edə biləcək dövlətlərin sayı heç də çox deyil. Bunun üçün lazımi infrastruktura, çevik qərarlar qəbul edib həyata keçirmək əzminə, təhlükəsizliyi təmin etmək qüdrətinə malik olmaq gərəkdir. Azərbaycan isə ard-arda Avropa oyunlarının keçirildiyi ilk ölkə olmaqla, IV İslam Həmrəyliyi Oyunlarına, çoxsaylı müxtəlif idman növləri ilə bağlı beynəlxalq yarışlara ev sahibliyi etməklə kifayət qədər böyük kütləvi tədbirləri təşkil etməyə, təhlükəsiz şəraitdə keçirməyə hazır olduğunu nümayiş etdirib.

 

Formula 1 yarışının rəhbərliyindəki dəyişikliklər zamanı aparılmış təhlillər də göstərdi ki, Azərbaycan paytaxtı bu yarışların keçirilməsi üçün ən münasib məkanlardan biridir. Beləliklə, sadaladığımız faktlar da göstərir ki, Formula 1 Azərbaycanın dünyada təbliği, insanların işlə təmin olunması, gənclərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, ölkəyə turist axınının güclənməsi, ən əsası isə, ölkənin iqtisadi mənafeyi baxımından olduqca faydalı tədbirdir. Buna görə də istər hakimiyyət, istərsə də bütövlükdə cəmiyyət tıxaca allergiyası olan bir-iki siyasi cığalın iddialarını qəbul etmir və etməyəcək də.

 

Hamınızı bu gözəl idman yarışını seyr etməyə dəvət edirəm”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Axtarışda olan azərbaycanlı Qazaxıstanda saxlanıldı 16 İyul 2019, 09:59 Tikilən məktəbdən oğurluq edən Astara sakini tutuldu 16 İyul 2019, 09:43 Ermənilər atəşkəsi ara-sıra pozdu 16 İyul 2019, 09:38 Bakıda yol qəzası - prospektdə tıxac yarandı   16 İyul 2019, 09:34 Nərimanovda hər məhəlləyə yeni zibil qutuları qoyuldu 16 İyul 2019, 09:31 Tofiq Qasımov: “AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” 16 İyul 2019, 09:24 UNEC-də  nəticələr açıqlanacaq- Canlı yayımda 16 İyul 2019, 09:22 Sabirabadın Mərkəzi Bazarında güclü yanğın - YENİLƏNİB 16 İyul 2019, 09:12 Uğur qazanan yerli seriallar - Kinorejissor adlar çəkdi 16 İyul 2019, 09:02 Azərbaycan Xalça Muzeyi “Milliləşdirildi” 16 İyul 2019, 08:48 Manat və dolların bugünkü məzənnəsi 16 İyul 2019, 08:43 Xanım müdafiə naziri istefa verir 16 İyul 2019, 00:37 Xırdalanda un məmulatları dükanı yandı 16 İyul 2019, 00:19 Bu gün Çempionlar Liqasında cavab oyunları keçiriləcək 16 İyul 2019, 00:03 Bağdadda törədilən partlayışda 5 nəfər öldü 15 İyul 2019, 23:46 Azərbaycan nefti ucuzlaşdı 15 İyul 2019, 23:32 Saakaşvilidən  Azərbaycan və Gürcüstana müraciət 15 İyul 2019, 23:14 Avropa Birliyindən Türkiyəyə sanksiya 15 İyul 2019, 22:47 Azərbaycanda maqnit qasırğası 15 İyul 2019, 22:31 Türkiyədə 5 min 778 terrorçu məhv edilib 15 İyul 2019, 22:13 Hindistanda daşqınlarda 51 nəfər öldü 15 İyul 2019, 21:54 Gürcüstanda daha 4 etirazçı saxlanıldı 15 İyul 2019, 21:42 Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib 15 İyul 2019, 21:23 Şəki Xan Sarayında xəsarət alan turist öldü 15 İyul 2019, 21:09 "Megafon" Azərbaycan xalqından üzr istədi 15 İyul 2019, 20:54 “Qarabağ”ın oyununu bu hakimlər idarə edəcək 15 İyul 2019, 20:43 Bakıda ağır yol qəzası 15 İyul 2019, 20:29 Qorxulu xəstəlik 450 can aldı 15 İyul 2019, 20:13 Gürcüstanda azərbaycanlı ailənin evində yanğınsöndürən öldü 15 İyul 2019, 20:03 9 manata görə 8 il 3 ay həbs olundu 15 İyul 2019, 20:00 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə anlaşdı - FOTO 15 İyul 2019, 19:54 Rəsədxanada “Kosmos yay festivalı” təşkil edilib - FOTO   15 İyul 2019, 19:45 Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir - Bakı Metropoliteni 15 İyul 2019, 19:36 78 yaşında universitetə sənəd verdi   15 İyul 2019, 19:27 Əbülfəs Qarayev Hafiz ur Rəhmanla görüşüb -FOTO 15 İyul 2019, 19:18