Modern.az

Ağcabədidə mexanizatorlar üçün təlim keçirilib  

Ağcabədidə mexanizatorlar üçün təlim keçirilib  

18 İyul 2019, 11:00

Ağcabədi rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Dövlət Yol Polisi İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə sahibkarlar, özəl aqroservislərin nümayəndələri və mexanizatorlar iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbirin əsas məqsədi yol hərəkəti qaydalarına düzgün riayət edilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, özəl aqroservislərin fəaliyyətinin genişlənməsi sahəsində maarifləndirmə işlərinin aparılması olub.


Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Azər Qarayev Agentlik tərəfindən son zamanlar bu sahədə görülən işlər, innovativ texnologiyalar, şəffaflıq, göstərilən xidmətlərin əhaliyə əlçatanlığının təmin edilməsi, vətəndaş məmnunluğunun daha da artırılması barədə ətraflı məlumat verib.


Sonda qeyd edilən məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin iştirakçılara xidmətin fəaliyyətini və xidmətə görə ödəniləcək rüsumları əks etdirən bukletlər paylanılıb.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi