Modern.az

Oğuzda mübahisə qətllə nəticələnib

Oğuzda mübahisə qətllə nəticələnib

Aktual

17 Avqust 2019, 13:16

Oğuz rayon sakini S.İslamovu münaqişə zəminində bıçaqla qətlə yetirmiş Şəki rayon sakini E.Məmmədov saxlanılıb.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 16-da Oğuz rayonunun Bucaq kəndi ərazisində Şəki rayon sakini E.Məmmədov münaqişə zəminində kənd sakini Siyavuş İslamovu bıçaqla qətlə yetirib.

 

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu