Modern.az

"İnterpol" narkotik satan azərbaycanlını axtarır

Aktual

23 Avqust 2019, 23:13

"İnterpol" daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib.

Modern.az "Trend"ə istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Vaqif Kərimov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

İstintaq orqanı V.Kərimov barədə cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Nəticədə onun barəsində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.

İstintaqdan yayınan V.Kərimov "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi