Modern.az

Rusiya səfiri Xələf Xələfovun nişanını nazirliyə gətirdi

Rusiya səfiri Xələf Xələfovun nişanını nazirliyə gətirdi

20 Sentyabr 2019, 12:38

Xarici işlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Federasiyası XİN-in “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb.

Modern.az xəbər verir ki, mükafatı təqdim etmək məqsədilə Xarici İşlər Nazirliyinə gələn RF-nin ölkəmizdəki səfiri Mixail Boçarnikov Rusiya Xarici işlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, nazir müavini Xələf Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığın möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir