Modern.az

SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb

SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb

21 Sentyabr 2019, 15:51

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 500-dən çox neftçi təxliyə edilib.

SOCAR-dan Modern.az-a bildirilib ki, sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar şirkət təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsilə 500-dən çox neftçi sahilə çıxarılıb.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-si səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi