Modern.az

Ermənilərin arzusu çin olmadı - ABŞ Senatı “soyqırımı”nı tanımayacaq

Ermənilərin arzusu çin olmadı - ABŞ Senatı “soyqırımı”nı tanımayacaq

14 Noyabr 2019, 11:33

ABŞ Senatı “erməni soyqırımı”nı tanımayacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından senator Lindsi Qrem “soyqırımı”nın tanınması ilə bağlı qətnaməyə veto qoyub.

“Mən indicə Ərdoğan və Trampla görüşmüşəm. İnanıram ki, Ermənistan və Türkiyə bu problemi birgə həll edəcək”-deyə senator qərarını izah edib.

 

Onun fikrincə, Senatın üzvləri tarixi hadisəyə müdaxilə etməli deyillər. Senatorun qərarı ABŞ-dakı erməni icmasının qəzəbinə tuş gəlib. Amerikanın Erməni Milli Komitəsi Lindsi Qremi qərəzdə ittiham edib.

 

Xatırladaq ki, oktybarın 30-da Konqresin Nümayəndələr Palatası “erməni soyqırımı”nın tanınması barədə qətnamə qəbul etmişdi. Həmin qətnamənin Senatda səsverməyə qoyulması gözlənilirdi.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir