Arxiv
6 Dekabr 2019, 14:04 | AKTUAL
Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada

Dünyanın ən az ziyarətçisi olan yerlərinə səfərləri ilə daim öz oxucularını təəccübləndirən bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu bu dəfə dünyanın yaşayış olmayan, buzlar ölkəsinə – Antarktidaya yola düşüb. Noyabrın 21-də yola çıxmış yazıçı, öz rəsmi sosial hesabında paylaşdığı məlumata görə, artıq Antarktidadadır.

 

Modern.az xəbər verir ki, səfər müddətində Argentinanın paytaxtı Buenos Ayresdə və bir çox başqa şəhərlərində olmuş yazıçı bir çox tarixi abidələri, muzeyləri, dinozavrların qədim məskənlərindən olan İsçiqualasto və Talampaya Milli parklarını da ziyarət edib. Ümumi ərazisi 2800 kv.km olan, bir zamanlar tamamilə yaşıllıqlarla, gur sulu çaylar və sıx meşəliklərlə örtülmüş Talampaya vadisi müxtəlif dinozavrların məskəni olub, hazırda isə bu vadi hündürlüyü 145 metrə qədər olan qayalıqlardan, daşlıqlardan ibarət susuz, quraq bir səhradır. Milli parkın nəzdində olan muzeylərdə yaşı 300 milyon il əvvələ gedib çıxan çox qiymətli arxeoloji və paleontolji qazıntılar, milyonlarla il əvvəl yaşamış dinozavr qalıqları saxlanılır. Xatırladaq ki, hər iki milli park YUNESKO-nun Dünya İrsinə daxil edilib.

 

Argentina ilə Braziliyanın sərhədində yerləşən, ümumi eni üç kilometr, hündürlüyü səksən metrə çatan yüzlərlə ayrı-ayrı şəlalənin birləşməsindən yaranmış möcüzəvi İquasu şəlaləsindən də maraqlı paylaşımlar edən yazar daha sonra Argentinanın və ümumiyyətlə yarımkürənin ən cənub şəhəri, “dünyanın sonu” adı ilə məşhur olan Uşuayaya yola düşüb. Odlu Torpaq arxipelaqında yerləşən və bir zamanlar hindu tayfalarının məskəni olan bu kiçik şəhər hazırda səyyahlar üçün Antarktidaya açılan qapı rolunu oynayır. Buradan səyyahlar, araşdırmaçılar gəmi yolu ilə Dreyk boğazından keçib pinqvinlərin vətəni olan Antarktidaya yola düşürlər.

 

Xatırladaq ki, Antarktida barədə qəbul edilmiş beynəlxalq sazişə görə, materik heç bir dövlətin ərazisi sayılmır və orada yalnız bir neçə ölkənin elmi-araşdırma stansiyaları yerləşir. Yer kürəsində təbiəti ibtidai formasını qoruyub saxlamış yeganə böyük ərazi olan Antarktidada ibtidai mühitin qorunması son dərəcə önəmli olduğundan gəmini kənarda saxlayıb buzlu torpağa xüsusi ekspedisiya qayıqlarında gedirlər. Hətta motorlu qayıqlara yanacaq belə yalnız gəminin özündə doldurulur ki, suya bir damcı da olsun yanacaq tökülməsin. Antarktik stansiyalara getmək, onların elmi fəaliyyəti ilə yaxından tanış olmaq da yazıçının səfər planına daxildir. Antarktidaya səfər edənlərin bir şüarı olur: ˝Antarktidadan özünüzlə şəkildən, xoş təəssüratlardan, şirin xatirələrdən və gözəl əhval-ruhiyyədən başqa heç nə götürməyin”. Lakin yazıçı qayıtdıqdan sonra öz səfəri barədə geniş məqalə və foto-müsahibələr paylaşacağına söz verib. Biz də ona bu maraqlı və təhlükəli səfərdə uğurlar arzu edirik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənilər binalarımızı dağıtdılar ki, biz qayıdanda burları tanımayaq” - VİDEO 15 İyun 2021, 16:56 Ermənistanın xarici borcu rekord həddə ÇATDI 15 İyun 2021, 16:50 Hərbçilər Milli Qurtuluş gününü qeyd ediblər 15 İyun 2021, 16:47 Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib 15 İyun 2021, 16:42 Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır 15 İyun 2021, 16:36 Bu günün yoluxma sayı açıqlandı 15 İyun 2021, 16:30 Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam” 15 İyun 2021, 16:24 Şuşada Prezidentlərin təkbətək görüşü olub - FOTO 15 İyun 2021, 16:18 Ərdoğan: “Milli Qurtuluş Günündə Şuşadayıq” 15 İyun 2021, 16:12 Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan 15 İyun 2021, 16:06 Türkiyədə 35 milyondan çox şəxsə koronavirus vaksini vurulub 15 İyun 2021, 16:00 “Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək 15 İyun 2021, 15:30 İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB 15 İyun 2021, 15:25 Sarkiasyan Paşinyanı TƏHQİR ETDİ: “Əlindən alıb başına çırpmalıyıq!” 15 İyun 2021, 15:20 Boksçularımız Avropa çempionatına yollandı 15 İyun 2021, 15:15 Avro-2020-nin bugünkü oyunlarını göstərəcək telekanallar 15 İyun 2021, 15:10 Bakıda daha bir yol təmir olunur - FOTO 15 İyun 2021, 15:05 Azərbaycan əhalisinin gəlirləri açıqlandı 15 İyun 2021, 15:00 Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI 15 İyun 2021, 14:54 Gürcüstanda Hindistan ştammına 18 nəfər yoluxdu 15 İyun 2021, 14:48 İranda son sutkada COVID-19-dan 134 nəfər öldü 15 İyun 2021, 14:42 Teledərslərin sabaha olan cədvəli 15 İyun 2021, 14:36 UNEC-də Milli Qurtuluş Günü qeyd olunub 15 İyun 2021, 14:30 Putindən 120 min azərbaycanlını sevindərəcək QƏRAR 15 İyun 2021, 14:25 “Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan” 15 İyun 2021, 14:20 Şuşa Türkiyə mətbuatının gözü ilə belə təsvir edildi 15 İyun 2021, 14:17 Leyla Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM 15 İyun 2021, 14:12 Xalq artisti Flora Kərimova vəsiyyət etdi 15 İyun 2021, 14:06 Tibb işçiləri COVİD-19-a yoluxma şübhəsi olan xəstədən necə qorunmalıdır? 15 İyun 2021, 14:00 Naftalanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib 15 İyun 2021, 13:55 Ərdoğanın Bakıda futbol matçını izləməsi də dünyaya ayrıca mesajdır - Deputat 15 İyun 2021, 13:52 Mərhum telejurnalist Çingiz Mustafayevin anım günüdür   15 İyun 2021, 13:46 “Qaytarılan ermənilər terrorçu deyildi” - Polkovnik 15 İyun 2021, 13:43 Bakıda 4 nəfəri gürzə ilanı çalıb 15 İyun 2021, 13:39 “Ərdoğanın Şuşa səfəri “Qarabağdan gözünüzü çəkin, Qarabağ Azərbaycanındır!” deməkdir” – Milli Qəhrəman 15 İyun 2021, 13:34
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?