Modern.az

Havalar istiləşsə, koronavirus azalacaq?

Havalar istiləşsə, koronavirus azalacaq?

27 Fevral 2020, 12:09

“Koronavirus yayılandan bu günədək virusla xəstələnənlərin sayında azalma müşahidə edilir. Yəni ilk günlərdə virus sürətlə yayılırdısa, hazırda səngimə müşahidə edilir”.

 

Bunu Modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

 

O, bununla bağlı araşdırma apardığını qeyd edib:

 

“Dünən Çində yayılan virusla bağlı açıqlanan rəqəmləri müqayisə etdim və bu nəticəyə gəldim.

Ümumiyyətlə viruslar xarici mühit təsirlərinə qarşı davamsızdır. Virus xarici mühitin təsirindən 37 dərəcədə 15 dəqiqəyə məhv olur. Havaların istiləşməsi faktı ilə bu virusun tamamilə azalacağı gözlənilir”.

 

İnfeksionistin sözlərinə görə, xəstəliyin gedişində hərarətin artması orqanizmin xəstəliyə qarşı mübarizə apardığını göstərir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi