Modern.az

Birinci ledi virusa qalib gəldi

Birinci ledi virusa qalib gəldi

29 Mart 2020, 15:18

Kanada baş naziri Castin Trüdonun həyat yoldaşı Sofi Qrequar Trüdo koronavirusa qalib gəlib.

 

Modern.az xəbər verir ki, o bu barədə öz Facebook səhifəsində yazıb.

“Özümü daha yaxşı hiss edirəm. Həkimimdən və Ottava səhiyyə xidmətindən aldığım nəticələr təmiz olduğumu göstərib”- deyə o yazıb.

 

Buna baxmayaraq, Castin Trüdo həyat yoldaşı və uşaqları ilə birlikdə izolyasiyada qalmaqda davam edəcəklər. Kanadanın birinci ledisi martın 12-də koronavirusa yoluxmuşdu. 

Hazırda ölkədə 5 mindən çox koronaviruslu xəstə var.

 

   

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...