Modern.az

Masallıda avtomobil kanala aşdı, sürücü öldü

Masallıda avtomobil kanala aşdı, sürücü öldü

2 İyun 2020, 09:16

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a bildirilib ki, rayonun Ərçivan kəndində LADA markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

 

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...