Arxiv
11 Sentyabr 2020, 12:07 | ÖLKƏ
“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti, akademik  Ramiz Mehdiyevin “Təzadlar”a açıqlaması növbəti dəfə müzakirələrə səbəb olub.  Akademik dövri mətbuatda bəzi şəxslərin ona böhtan atdığını qeyd edərək, onları hədələyib:


“Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir- nankorluğudur… Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”.


Ramiz Mehdiyev adlarını çəkmədiyi həmin şəxsləri məhkəməyə verəcyini bildirib:

“Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.

Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov Modern.az-a açıqlamasında Ramiz Mehdiyevin fikirlərinə münasibət bildirib. Onun sözlərinə görə, Ramiz Mehdiyevin hər yeni açıqlaması onu daha da pis vəziyyətə qoyur:


“Şübhə etmirəm ki, vaxtilə ona xidmət edən, yaxın olan bəzi adamlar indi Ramiz Mehdiyevə qarşı çıxıblar. Onlar da öz sözlərini söyləyirlər. Ramiz Mehdiyevin bəyanatından sonra sual yaranır: əgər sən bilirdinsə, bu adamların belə günahları var, əlində olan materilları açsan bunlar ölkədən qaçarlar, o zaman niyə zamanında bunlara himayədarlıq edirdin? Bu qədər nankorluq etdiklərini bilə-bilə niyə onları qoruyurdun, önə çəkirdin, öz ətrafına yığırdın?!”


Eldar Namazov deyib Ramiz Mehdiyev hər şeyə hazır olmalı idi:

“Deməli, nankor  tipli insanlardan öz məqsədlərin üçün istifadə etməyə çalışırdın. Axı başqasına dönük çıxanları ətrafınıza yığanda bir gün onların sizə də dönük çıxacağını bilməliydiniz. Elə adamlar var ki, həmişə Ramiz Mehdiyevə yaxınlığı ilə seçiliblər. Mehdiyev günahlarını ört-basdır etmək üçün onlara köməklik edib.  Allah Heydər Əliyevə rəhmət eləsin. Bu mənzərəni görsəydi Ramiz Mehdiyevdən soruşardı: “Mənə qarşı nankorluq edənləri niyə müdafiə edib himayənə almısan, önə çəkmisən ki, indi də onlar sənin üzünə durublar?!.”. Ona görə də Ramiz Mehdiyev həmin adaların nankor olduğunu bilə-bilə onları himayə edib. Bu gün isə ona qarşı çıxdıqları üçün onlara nankor deyir”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurdu 18 Sentyabr 2020, 22:01 Türkiyədə daha 62 nəfər koronavirusdan öldü 18 Sentyabr 2020, 21:44 Azərbaycanın Tatarıstandakı Diasporunun sədri vəfat edib 18 Sentyabr 2020, 21:27 Əfsanəvi astronom vəfat etdi 18 Sentyabr 2020, 21:14 Məhkumların müraciətləri dinlənildi 18 Sentyabr 2020, 20:58 Aeroport yolunda qəza sıxlıq yaratdı 18 Sentyabr 2020, 20:46 AQTİ laboratoriyalarında növbəti mediatur keçirilib 18 Sentyabr 2020, 20:36 “Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 XİN rəhbəri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54