Arxiv
22 Sentyabr 2020, 14:36 | AKTUAL
Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi

Nəqliyyat, Rabitə bə Yüksək Texnologiyalar Nazirliynin Kollegiyası, Nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təklifinə əsasən "Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası"na dəyişiklik edib.

 

Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, dəyişikliyə əsasən, qərarda "və Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin "Sürücü Təlim Mərkəzi" MMC-də" sözləri "Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin "Sürücü Təlim Mərkəzi" MMC-də, eyni zamanda "Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə" sözləri "Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində" sözləri ilə əvəz edilib.

 

Xüsusi hazırlıq bu Qaydaya əlavə olunan proqram əsasında aparılır. Dəyişikliyə əsasən xüsusi hazırlıq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Nəqliyyat Təlim-Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində, Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə təhsili müəssisələrində keçirilir.

 

Məlumat üçün bildirək ki, bu Qayda, taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi qaydalarını müəyyən edir.

 

Xüsusi hazırlıq prosesinin yüksək keyfiyyətini təmin etmək məqsədilə qruplar 20 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda formalaşdırılır. Xüsusi hazırlıq mühazirələr, praktiki məşğələlər və yekun qiymətləndirmədən ibarətdir. Xüsusi hazırlıq tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim və təlim ustaları tərəfindən keçirilir.

 

Proqramda Azərbaycan Respublikasının müvafiq Qanununa, Nazirlər Kabinetinin müvafiq Qərarlarına uyğun olaraq, taksi minik avtomobili ilə sərnişin daşımalarına dair xüsusi müddəalara, o cümlədən taksi minik avtomobili sürücülərinin və sərnişinlərin hüquqlarına, vəzifələrinə, qadağalara, sərnişinlərin daşınma qaydalarına, sərnişin daşımalarının təhlükəsizliyinin təmin olunmasına dair müvafiq müddəalara, habelə həmin daşımalara aid yol hərəkəti qaydalarını özündə əks etdirən materiallara istinad edilir.


Xüsusi hazırlıq zamanı taksi minik avtomobili sürücülərinə etik davranış qaydaları, o cümlədən sərnişinlərlə mədəni rəftar etmənin, ünsiyyətdə kobudluğun, taksi minik avtomobilində tütün çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyin, eləcə də qonaqpərvər və nəzakətli olmağın, unudulmuş əşyalar barədə polis orqanlarının məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları haqqında məlumatlar verilir.

 

Xüsusi hazırlıq zamanı taksi sürücülərinə inzibati ərazi vahidlərinin sərhədləri, dislokasiyası, tarixi mədəniyyət abidələrinin, sosial əhəmiyyətli obyektlərin, ali təhsil müəssisələrinin, ticarət obyektlərinin, xəstəxanaların yerləşdiyi ərazilər öyrədilir, avtomagistrallar, giriş-çıxış istiqamətləri, məsafələr, küçə və prospektlərin adları barədə ətraflı məlumatlar verilir. Proqramla müəyyən edilmiş məşğələlər tərtib edilmiş jurnal üzrə aparılır. Xüsusi hazırlıqda iştirak edən sürücülərin hazırlıq səviyyəsini müəyyən etmək və təqdim olunan məlumatlara marağı formalaşdırılmaq üçün hər mövzu öyrənildikdən sonra və Proqramının yekununda keçirilən tədrisin sürücülər tərəfindən mənimsənilməsi şifahi sual-cavab formasında qiymətləndirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:15 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:10 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58