Modern.az

92 yaşlı Ömər Eldarov koronavirusa YOLUXDU

92 yaşlı Ömər Eldarov koronavirusa YOLUXDU

Hadisə

19 Oktyabr 2020, 16:00

Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov koronavirusa yoluxub.

 

Bu barədə Modern.az-a Ömər Eldarov özü məlumat verib. O, əməkdaşımızla söhbətində bildirib ki, COVID-19 testi pozitiv çıxıb.

 

Məşhur heykəltaraş hazırda müalicə üçün xəstəxanaya müraciət etdiyini söyləyib. Ömər Eldarovun səhhəti haqqında ətraflı məlumat almağa çalışacağıq.

 

Qeyd edək ki, 21 dekabr 1927-ci ildə anadan olan Ömər Eldarovun hazırda 92 yaşı var.

 

Mehri QURBAN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır