Modern.az

Şuşa məscidinə elektrik enerjisi verildi - VİDEO

Şuşa məscidinə elektrik enerjisi verildi - VİDEO

16 Noyabr 2020, 15:52

“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, Cəbrayıl rayonundan sonra Şuşada da səhmdar cəmiyyətinin hesabına işıq yanmağa başlayıb.

 

Bunu Şuşa məscidinin işıqlandırılması ilə bağlı yayılmış kadrlardan görmək mümkündür.

 

Həmçinin "Azərişıq"dan bildirilib ki, "Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir:

 

"Yaxın günlərdə digər ərazilərimizdə də Azərbaycan işığı yanacaq. Qarabağ Azərbaycandır!"

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir