Modern.az

Qazpulu borcu olanlara SMS gələcək

Qazpulu borcu olanlara SMS gələcək

26 Yanvar 2021, 17:09

Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azəriqaz”  İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

 

R.Əliyev qeyd edib ki, yeniliklə borcu olan abonentlərin qaz təminatı avtomatik dayandırılacaq:

 

“Abonentlərə qaz borcu ilə bağlı SMS-bildiriş gələcək. SMS gələndən sonra 1 ay müddətində istifadə etdiyi qaz borcunu ödəməyən abonentə qaz verilişi dayandırılacaq. Artıq yaxın bir ay ərzində 700 min abonentə bildirişlər göndəriləcək. 30 gün ərzində borc ödənilməsə, 30 günün tamamında abonentin qaz təminatı dayandırılacaq”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı