Modern.az

Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO

Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO

28 Fevral 2021, 22:19

Erməni silahlı qüvvələri tərəfindən 1992-ci ildə törədilmiş daha bir hərbi cinayət aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Görüntülərdə ermənilərin vəhşiliklə qətlə yetirib kütləvi məzarlıqda dəfn etdikləri mülki azərbaycanlıların qalıqlarının çıxarılması əks olunub.

 

Qalıqları çıxaran şəxslər öldürülənlərin uşaqlar və qadınlar olduqlarını, onların bir-birilərinə bağlandıqlarını və yandırıldıqlarını qeyd ediblər.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü