Modern.az

Sahibə Qafarova Pakistan səfərindən DANIŞDI

Sahibə Qafarova Pakistan səfərindən DANIŞDI

8 İyun 2021, 11:24

Milli Məclisin sədri Sahibə Qafarova parlametin bu gün keçirilən növbədənkənar iclasında Pakistan səfərindən danışıb.

Modern.az xəbər verir ki, sədr səfər zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak etdiklərini bildirib.

S.Qafarova hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri aparıldığını qeyd edib:

“Həmin işlərdə Azərbaycana dost olan ölkələrin şirkətlərinin də iştirak etdiyi qeyd edildi. Səfər zamanı Pakistan Prezidenti Arif Alvi ilə görüşdüm. Cənab Alvi bildirdi ki, Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti yürütməsinə görə bu ölkəni indiyədək tanımayıb. Konfransın yekunu kimi İslamabad Bəyannaməsi imzalandı. Çıxışlarımda qeyd etdim ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərin bərpasına mane olur, minalanmış ərazilərin xəritəsini vermir. Bununla bağlı beynəlxalq təşkilatlar Ermənistana təzyiq etməlidir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi