Modern.az

Tələbə kreditləri kimlərə veriləcək...

Tələbə kreditləri kimlərə veriləcək...

Təhsil

18 İyun 2021, 11:35

"Tələbə kreditləri öz hesabına təhsil alan tələbələri əhatə edəcək. “Təhsil Tələbə Krediti” Fondu ali təhsildə mühüm dəyişikliklərə gətirib çıxaracaq".

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə deyib. Nazir qeyd edib ki, fondun 80 milyon manat nizamnamə kapitalı nəzərdə tutulub:

“Müxtəlif mənbələrdən əldə edilən vəsait hesabına gələcəkdə bu məbləğ artırıla bilər. Fondun maliyyələşməsi dövlət büdcəsindən nəzərdə tutulur”.

Nazir söyləyib ki, tələbə təhsilini bitirdikdən 20 il ərzində həmin krediti qaytara biləcək:

“Tələbə 20 il ərzində hərbi xidmətdə olduğu və ya hər hansı başqa səbəbdən krediti ödəyə bilmədiyi halda ona möhlət veriləcək.

Təhsil kreditləri tələbənin özünə deyil, ali və ya orda təhsil müəssisəsinə köçürüləcək. Öz hesabına təhsil alan tələbələrin təhsil haqqının hamısını deyil, bəlli bir hissəsini fond qarşılaya bilər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır