Modern.az

\"Barselona\" yeni hücumçu aldı

\

19 İyun 2021, 21:24

İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.

 

Modern.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Fransa "Lion"unda çıxış etmiş Niderland millisinin hücumçusu Memfis Depayla müqavilə imzalanıb.

 

27 yaşlı forvard iki il "Barselona"nın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Memfis Depay 2017-ci ildən "Lion"un formasını geyinib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır