Modern.az

Lavrovla Qrandinin Moskvada görüşü olacaq

Lavrovla Qrandinin Moskvada görüşü olacaq

Aktual

23 İyun 2021, 19:52

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 28-də Moskvada BMT-nin qaçqınların işləri üzrə Baş komissarı Filippo Qrandi ilə görüşəcək.

 

Modern.az  xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

O  bildirib ki, görüş zamanı BMT QAK-ın qaçqın və məcburi köçkünlərin Qarabağa qayıtması prosesinə qoşulması məsələsi, pandemiya dövründə qaçqın və məcburi köçkünlər, eləcə də vətəndaşlığı olmayan şəxslərin müdafiəsi məsələləri müzakirə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır