Modern.az

Lavrov Qafqazdakı vəziyyətin müzakirəsi üçün Antalyaya gedir

Lavrov Qafqazdakı vəziyyətin müzakirəsi üçün Antalyaya gedir

28 İyun 2021, 20:40

İyunun 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün Türkiyənin Antalya şəhərinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata əsasən, tərəflər arasında bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

Xüsusən də, danışıqlarda Qafqazdakı vəziyyətin də müzakirə olunacağı bildirilib.

 

Bununla yanaşı, ikitərəfli münasibətlərin müxtəlif sahələrinin, eləcə də regional problemlərin də danışıqların predmeti olacağı qeyd edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir