Modern.az

İraqda enerji infrastrukturuna hücum: ölənlər var

İraqda enerji infrastrukturuna hücum: ölənlər var

Dünya

4 İyul 2021, 09:47

İraqda son illərdə ölkənin enerji infrastrukturuna hücumların artması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə hökuməti aparatının yayımladığı bəyanatında deyilib.

 

Bildirilib ki, ölkənin enerji infrastrukturuna qarşı artan təxribatlar zamanı 61 əsas elektrik xətti məhv edilib.

 

Qeyd edək ki, şənbə günü yaraqlılar əvvəlcə İraqın şimalında Mosul və Kərkük şəhərləri yaxınlığında elektrik xətlərinin hissələrini partladıblar, daha sonra qərbdəki Ənbar əyalətindəki iki elektrik ötürücü dirəyini dağıdıblar.

 

Cümə günü isə enerji infrastrukturuna hücumların artması və istilərdə elektrik enerjisinin kəsilməsi səbəbindən ölkə səlahiyyətliləri müxtəlif bölgələrdə elektrik istehlakının məhdudlaşdırılması və elektrik xətlərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər görüb.

 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı