Modern.az

Koronavirusun ölümcül fəsadı

Koronavirusun ölümcül fəsadı

3 Avqust 2021, 13:40

Koronavirus xəstəliyinə yoluxandan sonra iki həftə ərzində kəskin ürək-damar xəstəlikləri artır.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçin Umea Universitetinin bir qrup əməkdaşı tərəfindən “The Lancet” nəşrində dərc edilən tədqiqatda bildirilib.

 

Belə ki, tədqiqatda COVID-19-a yoluxanlar ilə işemiyalı insult və miokard infarktını keçirmiş şəxslərdə həmin halların təkrarlanması müqayisəli təhlil edilib. Nəticədə koronavirusun adıçəkilən xəstəliklərə tutulma ehtimalını 3 dəfəyədək artırdığı müəyyənləşdirilib.

 

Bütövlükdə tədqiqatda 86 472 xəstə iştirak edib ki, bu da araşdırmalar üçün indiyədək qeydə alınan ən yüksək rəqəmdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu