Modern.az

Hindistanda hərbi helikopter qəzaya uğradı

Hindistanda hərbi helikopter qəzaya uğradı

3 Avqust 2021, 14:05

Hindistanın şimalındakı Pəncab ştatında Silahlı Qüvvələrə məxsus helikopter qəzaya uğrayıb.

 

Modern.az-ın məlumatına görə, qəza helikopter daşqın bölgəsinə planlaşdırılmış uçuş həyata keçirərkən baş verib.

 

Pilotların xəsarət almadığı bildirilib.

 

Hazırda Pəncab ştatında leysan yağışları daşqına səbəb olub. Ştat rəhbərliyi zərərçəkənlərə humanitar yardımların çatdırılması üçün hərbi helikopterlərdən istifadə edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır