Arxiv
4 Avqust 2021, 12:50 | AKTUAL
Eldəniz Səlimovun mandat məsələsi necə olacaq? 

Ötən gün parlamentin növbədənkənar sessiyasının plenar iclası keçirilib. İclasda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunub. Baş prokuror Kamran Əliyevin və deputatların çıxışından sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da polisi döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

 

Elə həmin gün, E.Səlimov törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb və Binəqədi rayon Məhkəməsinə gətirilərək hakim qarşısına çıxarılıb. Məhkəmənin qərarına əsasən, onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Adıçəkilən deputatın toxunulmazlığına xitam verilsə də, hələ mandatdan məhrum edilməyib.

 

Bəs deputat hansı halda mandatdan məhrum edilir?

 

 

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev bununla bağlı Modern.az-a açıqlamasında bildirib ki, deputat ağır cinayətə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda mandatdan məhrum edilir.

 

Onun sözlərinə görə, məhkəmənin hökmü imkan verir ki, Mərkəzi Seçki Komissiyası deputatın səlahiyyətinə xitam versin.

 

“Buna qədər cinayət işi konkret şəxslə bağlı deyil, fakta görə başlanmışdı. Deputatın toxunulmazlığına xitam verilməsi ona görə vacib idi ki, onun barəsində cinayət işi başlansın. Konstitusiyanın 90-cı maddəsinə görə, deputat yalnız cinayət başında həbs edilə bilər. Digər hallarda isə deputatın toxunulmazlığına xitam verilməlidir.

 

Həbs-qətimkan tədbirinin seçilməsi onunla bağlıdır ki, 309-cu maddənin 2-ci hissəsi səlahiyyət həddini aşma ağır cinayətlər kateqoriyasına daxildir. Bu maddənin sanksiyası üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu, dövlət və ictimai maraqlara ağır zərbədir. Üç ay müddətində istintaq hərəkətləri gedəcək. Daha sonra həmin cinayət işi məhkəməyə göndəriləcək və qərar veriləcək”.

 

 

 

Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

 

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mali “Vaqner” hərbi şirkətindən kömək istəyib 26 Sentyabr 2021, 00:52 Naftalanda kafedə yanğın oldu 26 Sentyabr 2021, 00:41 Ruanda soyqırımının icraçısı həbsxanada öldü 26 Sentyabr 2021, 00:39 Nigeriyada terrorçular əsgərlərə hücum etdi: Onlarla ölü var 26 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub oldu 25 Sentyabr 2021, 23:43 Türkiyə əhalisinin 70%-ə yaxını tam peyvəndlənib 25 Sentyabr 2021, 23:32 Ağcabədidə ev yandı 25 Sentyabr 2021, 23:10 Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə görüşdü 25 Sentyabr 2021, 22:50 Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu 25 Sentyabr 2021, 22:47 “Şəhid əmanətləri Şuşada” layihəsinə start verildi - FOTOLAR 25 Sentyabr 2021, 22:31 XİN başçısı BQXK rəhbərinə mina təhlükəsi barədə məlumat verdi 25 Sentyabr 2021, 22:15 Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü 25 Sentyabr 2021, 22:12 Bakıda mənzildə qadın meyiti aşkarlandı 25 Sentyabr 2021, 22:10 Şimal zonasına yağış yağacaq, çaylarda daşqın olacaq 25 Sentyabr 2021, 22:02 “Çelsi” “Maçester Siti”yə məğlub oldu 25 Sentyabr 2021, 21:55 “Taliban”ın tanınması müzakirə mövzusu deyil” – Lavrov 25 Sentyabr 2021, 21:49 Göyçayda minik avtomobili yandı 25 Sentyabr 2021, 21:35 Premyer Liqa: “Zirə” “Səbail”ə qalib gəldi 25 Sentyabr 2021, 21:12 Azərbaycan və Türkiyə arasında daha bir memorandum imzalandı 25 Sentyabr 2021, 20:59 Anım günü ilə əlaqədar bu avtobusların hərəkət sxemi dəyişdirilir 25 Sentyabr 2021, 20:51 Cüdoçumuz Xorvatiyada qızıl medal qazandı 25 Sentyabr 2021, 20:36 Ceyhun Bayramov Qoşulmama Hərəkatının nümayəndələri ilə görüşdü 25 Sentyabr 2021, 20:20 “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı 25 Sentyabr 2021, 20:03 Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi 25 Sentyabr 2021, 19:43 Putin Lukaşenko ilə görüşəcək 25 Sentyabr 2021, 19:30 "Səbail" - "Zirə" oyununda Vətən müharibəsinin ildönümü yad edildi 25 Sentyabr 2021, 19:19 Polis Qaxda şəhid ailələrini ziyarət etdi 25 Sentyabr 2021, 19:11 “Qarabağ”-“Keşlə” oyunu bərabərə bitdi 25 Sentyabr 2021, 19:10 İçərişəhərdə vandalizmə qarşı iməclik - FOTO 25 Sentyabr 2021, 18:56 Mikayıl Cabbarov Alessandro Frakassetti ilə görüşüb 25 Sentyabr 2021, 18:30 Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO 25 Sentyabr 2021, 18:20 Arvadını balta ilə öldürən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi 25 Sentyabr 2021, 18:12 Şəhidimizin qardaşı bayrağı dəyişərkən yıxılıb ÖLDÜ 25 Sentyabr 2021, 18:04 Şəhid leytenant: “Əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm” 25 Sentyabr 2021, 17:57 Müğənni arvadını moteldə öldürməyindən DANIŞDI 25 Sentyabr 2021, 17:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?