Modern.az

Şəhidin həyat yoldaşı tələbə oldu - FOTOLAR

Şəhidin həyat yoldaşı tələbə oldu - FOTOLAR

Təhsil

4 Sentyabr 2021, 12:10

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova tələbə adını qazanıb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhid xanımı feysbuk hesabında paylaşım edib.

 

O bildirib ki, “Odlar Yurdu” Universitetinin “Mühasibat” fakültəsinə daxil olub: “Oxumaq heç zaman gec deyil. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram. Şəhidin dünyaya təsiri bu olsa, gərək…”. 

 

Qeyd edək ki, Fariz Həsənov Füzuli rayonunun və 8 kəndinin işğaldan azad olunması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”,  “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

 



Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır