Modern.az
Modern.az 300x100 Reklamınız burada [email protected] 055 946 06 60 Əlaqə
  • Son xəbərlər
  • Foto və Video
  • Redaksiya siyasəti
  • Əlaqə
  • AZ
  • EN
  • RU
  • TR
  • FA
  • UZ
  • HY
  • Modern.az Facebook səhifəsi
  • Modern.az Instagram səhifəsi
  • Modern.az Teleqram kanalı
  • Modern.az Youtube kanalı
  • Modern.az Whatsapp nömrəsi
  • Modern.az X səhifəsi
AZ
  • EN
  • RU
  • TR
  • FA
  • UZ
  • HY
  • Bütün xəbərlər
  • Ölkə
  • Aktual
  • Parlament
  • Təhsil
  • Qərbi Azərbaycan
  • İqtisadiyyat
  • Analitika
  • Dünya
  • Ölkə
  • Aktual
  • Parlament
  • Təhsil
  • Qərbi Azərbaycan
  • İqtisadiyyat
  • Analitika
  • Dünya
  • Diaspor
  • Hadisə
  • İdman
  • Qarabağ
  • Müsahibə
  • Reportaj
  • Media
  • Fotosöhbət
  • Mədəniyyət
Digər
  • Bütün xəbərlər
  • Ölkə
  • Aktual
  • Parlament
  • Diaspor
  • Təhsil
  • Hadisə
  • Qərbi Azərbaycan
  • İqtisadiyyat
  • Analitika
  • İdman
  • Dünya
  • Qarabağ
  • Müsahibə
  • Reportaj
  • Media
  • Fotosöhbət
  • Mədəniyyət
  • Son xəbərlər
  • Foto və Video
  • Redaksiya siyasəti
  • Əlaqə
  • Modern.az Facebook səhifəsi
  • Modern.az Instagram səhifəsi
  • Modern.az Teleqram kanalı
  • Modern.az Youtube kanalı
  • Modern.az Whatsapp nömrəsi
  • Modern.az X səhifəsi

Acıdərə Türk şəhidliyinə yürüş keçirildi - VİDEO

Acıdərə Türk şəhidliyinə yürüş keçirildi - VİDEO

Aktual

15 Sentyabr 2021, 19:53

XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Qobustan rayonu ərazisindəki Acıdərə Türk şəhidliyinə vətənpərvərlik yürüşü keçirilib.

 

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkil etdiyi yürüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşelik aparatı əməkdaşları, respublikamızda keçirilən beynəlxalq təlimdə iştirak edən türkiyəli əsgər və zabitlər, Vətən müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.

 

Türkiyə və Azərbaycanın Dövlət bayraqları ilə bəzədilən avtomobil karvanı yola düşməzdən öncə layihənin müəllifi polkovnik Abdulla Qurbani Azərbaycan-Türkiyə qardaşlığının tarixi barədə ətraflı məlumat verərək deyib: “Azərbaycan və Türkiyə tarixin müxtəlif mərhələlərində eyni taleyi, eyni faciələri yaşayıb. Dəfələrlə bu ölkələr işğalçılar tərəfindən parçalanmaq, onların aralarında bölüşdürülmək təhlükəsi ilə üzləşsə də, zamanın sərt sınaqlarından hər iki ölkə uğurla çıxmağı bacarıb.

 

“Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar” düşüncəsi ilə yaşayan ulu əcdadlarımız bugünkü müstəqil yeni Azərbaycanı və qüdrətli Türkiyə dövlətini bizlərə əmanət edərək əbədiyyətə qovuşublar. Bu, tarixdir və tarixdən heç nəyi silmək olmaz. Tarixinə biganə olan millət öz gələcəyini də sual altında qoyar. Azərbaycan və Türkiyə dar günün, qara günün dostudur, qardaşıdır. Dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

 

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini bir daha yürüş iştirakçılarına xatırladan polkovnik A.Qurbani qeyd edib ki, Nuru Paşanın və türk qoşun hissələrinin Azərbaycana gəldiyi vaxtdan 103 il keçir. Lakin, bu qardaşlıq köməyi, Bakının və digər bölgələrin erməni-bolşevik işğalından azad edərək şəhidlik zirvəsinə ucalan türk qardaşlarımızın qəhrəmanlıqları heç vaxt yaddan çıxmır, xatirələri həmişə əziz tutulur, onlar hörmətlə, ehtiramla yad edilir.

 

Azərbaycan xalqı xilaskar Qafqaz İslam Ordusuna minnətdardır. Böyük Azərbaycan sevdalısı Nuru Paşanın bu kəlamlarına nəzər salmaq kifayətdir ki, türk qardaşlarımızın hansı niyyətlə ölkəmizə gəldiklərinin mənasını dərindən dərk edə biləsən: “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq”.

Bu kəlamların deyildiyi vaxtdan bir əsrdən də çox vaxt ötməsinə baxmayaraq yenə də aktualdır, müasirdir.

 

Acıdərə Türk şəhidliyinə yürüş keçirilib (FOTO/VİDEO) - Gallery Image

 

Bu fikirlərin təsdiqinin biz ötən ilin həm Tovuz döyüşləri, həm də Vətən müharibəsinin ilk günlərindən şahidi olduq, ədalət və haqq savaşımızda yenə də qardaş Türkiyənin böyük dəstəyini hiss etdik. Bu isə bizə daha böyük güc verdi, qələbəyə inamımızı daha da artırdı. Təcavüzkar Ermənistan üzərində qələbə qazanaraq düşməni utancverici məğlubiyyətə uğratdıq.

 

1918-ci ilin sentyabr ayının 15-də də Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində ölkəmizi parçalamaq istəyən qüvvələr niyyətlərinə çatmadılar. Bakının işğaldan azad edilməsi haqqın nahaq, müstəqilliyin isə köləlik üzərində qələbəsi idi. Bu, ədalət və müstəqillik uğrunda birgə savaşımızın qələbəsi idi.

 

Daha sonra A.Qurbani Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan hərbi paradı yada salıb: “1918-ci il sentyabrın 15-də Azadlıq meydanında keçirilən hərbi parad Azərbaycan və qardaş Türkiyənin müştərək Zəfər bayramı idi. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı bu möhtəşəm təntənəyə nəinki azərbaycanlılar, eləcə də Anadolu türkləri, bütün Türkiyə sevinirdi. 100 il öncə olduğu kimi, türk əsgəri azərbaycanlı qardaşları ilə birgə yenidən Bakı təntənəsinə qoşulmuş, bu böyük zəfəri qeyd edirdi. Həmin gün qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir” fikirləri yəqin ki, hər birimizin xatirindədir.

 

Acıdərə Türk şəhidliyinə yürüş keçirilib (FOTO/VİDEO) - Gallery Image 

 

Bəli, biz bu problemi də birlikdə həll etdik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin təbirincə desək, həqiqətən də, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.

 

“Dünyanın 34 ölkəsində 78 türk məzarlığı var, Türkiyədən sonra Azərbaycan ən çox türk şəhidinin uyuduğu bir ölkədir. Sovet dönəmində sərt qadağalara baxmayaraq Azərbaycan xalqı bu torpaqlar uğrunda şəhid olan türk əsgər və zabitlərinin məzarlarını qoruyub saxlayıb, onları itib-batmağa, dağılmağa qoymayıb və ziyarətgaha çeviriblər. İndi Azərbaycanın bir çox bölgələrində, o cümlədən paytaxt Bakıda, Naxçıvanda, Göyçayda, Neftçalada, Hacıqabulda, Salyanda, Şəkidə, Şamaxıda şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılıb. Bu gün biz Qobustan rayonu ərazisindəki Acıdərə “Türk şəhidliyi”nə yürüş edəcəyik. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasında birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Uğur olsun qardaşlar! Yürüşümüz başlanır!”.

 

Polkovnik Abdulla Qurbaninin bu sözlərindən sonra hərbi orkestrin ifa etdiyi məşhur “Mehtər” və “Qələbə” marşlarının sədaları altında avtomobil karvanı Acıdərə şəhidliyinə yola düşür.

 

Acıdərə Türk şəhidliyinə gələn yürüş iştirakçılarını Qobustan və Şamaxı rayonlarının ağsaqqalları, ictimaiyyət nümayəndələri, din xadimləri, Vətən müharibəsi qaziləri və gənclər qarşılayıblar.

 

Əvvəlcə Osmanlı İmperatorluğunun ən güclü birliklərindən seçilərək qurulan Qafqaz İslam Ordusunun 1130 şəhidinin xatirəsinə ucaldılan abidənin qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub. Ziyarətçilər abidə qarşısına qərənfillər düzüblər. Sonra hərbi orkestrin müşayiəti ilə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri ifa olunub.

 

Anım mərasimində polkovnik Abdulla Qurbani ermənilərin Şamaxı qəzasında törətdikləri qırğınlardan, erməni quldur dəstələrinin başında duran Stepan Lalayanın insanlığa yaraşmayan bəd əməllərindən, günahsız insanların, qadınların, uşaqların amansızlıqla qətlə yetirilməsindən, Şamaxı Cümə məscidinin, eləcə də kənd məscidlərinin vandalcasına yandırılmasından, yaşayış məntəqələrinin viran edilməsindən, var-dövlətin taranmasından ətraflı danışıb, Fövqəladə Təhqiqat Komissiyasının araşdırdığı tükürpədici erməni-bolşevik vəhşiliklərindən söhbət açıb. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusunun döyüşçüləri ilə birləşərək 1918-ci ilin iyul ayının 20-dək bütün bu qətliamlara, soyqırımı hadisələrinə son qoyduğu və Şamaxının düşmən işğalından azad edildiyi iftixar hissi ilə xatırlanıb.

 

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov çıxış edərək deyib: “103 il öncə qəhrəman türk sərkərdəsi Nuru Paşanın komandanlığı altında qəhrəman türk əsgəri Azərbaycanın igid oğulları ilə birlikdə burada erməni-daşnaklarına qarşı mərdliklə vuruşaraq, düşmənin layiqli dərsini veriblər. Burada yüzlərlə türk qardaşımız şəhidlik məqamına yülsəlib, neçəsi sağlamlığını itirib, sağ qalanlar isə qələbə əzmi ilə odlardan keçərək Bakıya doğru inamla irəliləyiblər. Savaş meydanında iki dövlət bir millət olan Türkiyə və Azərbaycanın igid övladlarının qanı bir-birinə qarışıb. Biz qardaşlığımızı bundan sonra daha da möhkəmləndirəcək və dünyaya əsl qardaşlığın necə olduğunu göstərəcəyik. Azərbaycan Ordusu qardaş Türkiyənin qüdrətli ordusu ilə birlikdə daha güclüdür, daha qüdrətlidir. Bu birlik, bu həmrəylik isə əbədidir, sarsılmazdır.

 

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin mənəvi dəstəyini hiss etdiyimizi vurğuluyaraq qeyd edib ki, bu gün Türkiyə Silahlı Qüvvələrində qəhrəman Nuru Paşaların on minlərlə, yüz minlərlə davamçıları var və onlar Azərbaycanın haqq savaşında bizimlə bir yerdə olacaqlarını dəfələrlə bütün dünyaya bəyan ediblər. Biz ayrılmaz dostlar, əbədi qardaşlarıq. Bu gün digər sahələrlə yanaşı, Azərbaycan-Türkiyə əməkdaşlığı ən yüksək səviyyədədir.

Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərhəmət Cənubi Qafqazda ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidinin tarixi barədə məlumat verərək bildirib ki, 103 il əvvəl silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən qırğınlar zamanı Şamaxı əhalisinin xeyli hissəsi məscidə sığınmışdır. Lakin azğınlaşan erməni quldurları heç nəyə məhəl qoymadan məscid binasını insanlarla bərabər yandırmaqdan belə çəkinməyiblər. Əsrlərboyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi erməni qaniçənləri tərəfindən törədilən yanğına da davam gətirib. Qafqaz İslam Ordusunun Şamaxını erməni işğalından azad etməsindən sonra bir müddət müsəlmanların üz tutduqları bu müqəddəs ziyarətgah uzun müddət sovet rejiminin qadağalarına məruz qalıb. Lakin XX əsrin sonlarında ulu öndər Heydər Əliyevin sayəsində yenidən təmir edilib, kül altından boy ataraq dini memarlıq abidəsinə çevrilib. Bu gün Şamaxı Cümə məscidini Azərbaycana qonaq gələn, bu diyarda yaşayan türk qardaşlarımız da dəfələrlə ziyarət edir və burada namaz qılırlar.

 

Şamaxı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ağarza Bayramov və Qobustan rayon Ağsaqqalar Şurasının sədri Şahbala Bayramovun çıxışları, babalarından eşitdikləri xatirələr yürük iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Sonra Acıdərə Türk şəhidliyindəki Naməlum türk zabitinin məzarı ziyarət olunub, önünə çələng qoyulub, qərənfillər düzülüb, dualar oxunub. Burada Vətən müharibəsi qazısı əsgər Qorxmaz Abdurəşidov məzar qarşısında and içib ki, Vətən uğrunda döyüşlərdə bir gözünü itirsə də, bədənində onlarla qəlpə gəzdirsə də, Vətən uğrunda mübarizəyə, şəhidlərimizin ruhunu şad etməyə yenə də hazırdır.

 

Qardaş Türkiyədən gələn yürüş iştirakçıları Qafqaz İslam Ordusunun şəhid döyüşçülərinə göstərilən böyük ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yürüşün təşkilatçılarına minnətdarlıq ediblər.

 

Yürüş Türkiyə və Azərbaycanın milli marşlarının səsləndirilməsi ilə başa çatıb.

Modern.az

Daha çox xəbər

Paylaş:
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Oxşar xəbərlər
Heydər Əliyevin etimad göstərdiyi sənaye rəhbəri - Əliş Mustafayev kim idi...

Aktual

Bu gün, 16:55

Heydər Əliyevin etimad göstərdiyi sənaye rəhbəri - Əliş Mustafayev kim idi...

Bu qidalar piyləri əridəcək

Aktual

Bu gün, 03:43

Bu qidalar piyləri əridəcək

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Aktual

Bu gün, 00:19

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Dünyanın prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - İlham Əliyevə maraqlı sual

Aktual

14 Noyabr 2026, 21:02

Dünyanın prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - İlham Əliyevə maraqlı sual

Özgür Özəl Azərbaycana səfər etmək istəyir  - Partiya rəsmisi

Aktual

14 Noyabr 2026, 19:35

Özgür Özəl Azərbaycana səfər etmək istəyir  - Partiya rəsmisi

Küləkli hava ilə bağlı xəbərdarlıq edildi

Aktual

14 Noyabr 2026, 17:55

Küləkli hava ilə bağlı xəbərdarlıq edildi

Zaur Mikayılov Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTO

Aktual

14 Noyabr 2026, 17:03

Zaur Mikayılov Naxçıvanda su təsərrüfatı layihələrinin icrası ilə tanış olub - FOTO

Ahıska türklərinin vətən həsrəti 82 ildir davam edir

Aktual

14 Noyabr 2026, 14:34

Ahıska türklərinin vətən həsrəti 82 ildir davam edir

Ermənistan və ABŞ TRIPP layihəsini müzakirə etdi

Aktual

13 Noyabr 2026, 21:50

Ermənistan və ABŞ TRIPP layihəsini müzakirə etdi

Prezidentin İrlandiyaya səfəri başa çatdı

Ölkə

13 Noyabr 2026, 18:26

Prezidentin İrlandiyaya səfəri başa çatdı

İdxal olunan bəzi məhsulların gömrük rüsumu dəyişdirilir

Ölkə

13 Noyabr 2026, 18:20

İdxal olunan bəzi məhsulların gömrük rüsumu dəyişdirilir

Azərbaycanda “FireWall 2026” hakatonuna start verilir

Aktual

13 Noyabr 2026, 17:41

Azərbaycanda “FireWall 2026” hakatonuna start verilir

Vahid Novruzov özünə yeni müşavir təyin etdi - FOTO

Aktual

13 Noyabr 2026, 17:39

Vahid Novruzov özünə yeni müşavir təyin etdi - FOTO

“Azərişıq” nümayəndələri fermer və sahibkarlarla görüş keçirdi 

Aktual

13 Noyabr 2026, 17:24

“Azərişıq” nümayəndələri fermer və sahibkarlarla görüş keçirdi 

Külək güclənəcək - XƏBƏRDARLIQ

Aktual

13 Noyabr 2026, 16:59

Külək güclənəcək - XƏBƏRDARLIQ

55 yaşında insan balet oynaya bilərmi? - Xalq artisti

Aktual

13 Noyabr 2026, 16:12

55 yaşında insan balet oynaya bilərmi? - Xalq artisti

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! 

Aktual

13 Noyabr 2026, 15:54

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! 

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - VİDEO

Aktual

13 Noyabr 2026, 15:52

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - VİDEO

Xalq artistinin kürəkəni barədə qərar verildi

Aktual

13 Noyabr 2026, 15:35

Xalq artistinin kürəkəni barədə qərar verildi

Naxçıvanda meyvə şirəsi adı ilə narkotik keçirmək istədilər - FOTO

Aktual

13 Noyabr 2026, 15:07

Naxçıvanda meyvə şirəsi adı ilə narkotik keçirmək istədilər - FOTO

ADY rəhbərliyi ekspertlərlə görüş keçirdi

Aktual

13 Noyabr 2026, 14:57

ADY rəhbərliyi ekspertlərlə görüş keçirdi

Bir vəkil kollegiyadan çıxarıldı, ikisi cərimələndi

Aktual

13 Noyabr 2026, 14:55

Bir vəkil kollegiyadan çıxarıldı, ikisi cərimələndi

Sea Breeze Recovery Village by Referans Medical Group fəaliyyətə başladı

Aktual

13 Noyabr 2026, 14:43

Sea Breeze Recovery Village by Referans Medical Group fəaliyyətə başladı

Britaniya ilə müdafiə sahəsində birgə istehsal imkanları yaranır

Aktual

13 Noyabr 2026, 14:20

Britaniya ilə müdafiə sahəsində birgə istehsal imkanları yaranır

Qışa hazırlıqla bağlı müşavirələr keçirildi

Aktual

13 Noyabr 2026, 14:16

Qışa hazırlıqla bağlı müşavirələr keçirildi

Baş redaktor həbs edildi - FOTO

Aktual

13 Noyabr 2026, 14:10

Baş redaktor həbs edildi - FOTO

Bakı-London tərəfdaşlığı enerji ilə məhdudlaşmır - Deputat

Aktual

13 Noyabr 2026, 12:58

Bakı-London tərəfdaşlığı enerji ilə məhdudlaşmır - Deputat

Media Türk
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)
Son xəbərlər
  • Bu gün, 23:01
    Bakıda külək ağacı evin üstünə aşırıb, sakinlər təxliyə edilib
  • Bu gün, 22:48
    Prezidentin 1 həftəsi... - VİDEO
  • Bu gün, 22:30
    2 milyon barel neft daşıyan tanker batdı
  • Bu gün, 22:19
    Sumqayıtda güclü külək: Yaşayış massivi işıqsız qalıb
  • Bu gün, 22:02
    Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar var
  • Bu gün, 21:50
    ABŞ-nin daha bir aviadaşıyan gəmisi Yaxın Şərqə göndərilir
  • Bu gün, 21:34
    Estoniya Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayır
  • Bu gün, 21:22
    Bakıda küləyin sürəti güclənib, qar yağıb - YENİLƏNİB
  • Bu gün, 20:32
    Binadan uşağı belə xials etdilər - VİDEO
  • Bu gün, 20:20
    Radio və televiziyamız obyektivliyin nümunəsi olacaq - İlham Əliyev
  • Bu gün, 20:05
    Salyanda  avtomobil aşdı, ana və qızı xəsarət aldı
  • Bu gün, 19:45
    Prezidentdən televiziya və radio işçilərinə TƏBRİK
  • Bu gün, 19:35
    ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi
  • Bu gün, 19:18
    Tramp Si və Putinlə bunu müzakirə edəcək 
  • Bu gün, 18:44
    Hörmüzdə tankerlər minaya düşdü
  • Bu gün, 18:27
    “Starship” tarixində ən uzun missiyasını tamamladı
  • Bu gün, 18:05
    Hindistan Çinlə sərhəddə xüsusi təyinatlı komandolar yerləşdirir
  • Bu gün, 17:57
    Ağstafada sursat partladı, ölən var - Yenilənib
  • Bu gün, 17:49
    İran ordusu həqiqətən məhv edilibmi? - ABŞ kəşfiyyatının qiymətləndirməsi
  • Bu gün, 17:42
    Naxçıvanda yas mərasiminə gedən 11 qadın qəzada yaralandı - Yenilənib
  • Bu gün, 17:30
    ABŞ-ı bütün təyyarələri endirməyə nə məcbur etdi? - Əsl səbəbi bilindi
  • Bu gün, 17:12
    Neft qaçaqmalçılığına görə 9 yüksək rütbəli şəxs işdən qovuldu
  • Bu gün, 16:58
    Sabahın havası ilə bağlı meteohəssas insanlara XƏBƏRDARLIQ
  • Bu gün, 16:55
    Heydər Əliyevin etimad göstərdiyi sənaye rəhbəri - Əliş Mustafayev kim idi...
  • Bu gün, 16:51
    Həyətində hovuz tikmək istəyirdi, xəzinə tapdı
  • Bu gün, 16:44
    Söyüdlü kəndi ilə bağlı dezinformasiya yayıldı - RƏSMİ CAVAB
  • Bu gün, 16:38
    Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
  • Bu gün, 16:33
    Bu ölkə ordusunu süni intellektə həvalə etdi
  • Bu gün, 16:15
    Tramp razılaşdı: ABŞ, Çin və Rusiya liderlərinin görüşü nəyi dəyişəcək?
  • Bu gün, 16:08
    Sabah yollarda qatı duman olacaq
Daha çox
Modern.az reklam yeri

Reklamınız burada

E-mail: [email protected]

+(994 12) 497 87 41, (055) 946-06-60

300x250

Redaktor seçimi
Bir vaxtlar oğlanlar ona oxşamaq istəyirdi - Cimi indi necə yaşayır?” - FOTOLAR
14 Noyabr 2026, 07:30
Bir vaxtlar oğlanlar ona oxşamaq istəyirdi - Cimi indi necə yaşayır?” - FOTOLAR
Azərbaycana təzyiqlər heç zaman bitməyəcək - MÜSAHİBƏ
12 Noyabr 2026, 15:34
Azərbaycana təzyiqlər heç zaman bitməyəcək - MÜSAHİBƏ
Azərbaycanda ən gənc icra başçıları onlardır - 37 yaşları var
12 Noyabr 2026, 12:45
Azərbaycanda ən gənc icra başçıları onlardır - 37 yaşları var
İran məmurları niyə qalstuk taxmırlar...
11 Noyabr 2026, 17:44
İran məmurları niyə qalstuk taxmırlar...
Almaniyada təhsil aldı, Qərblə qarşıdurmaya getdi - Gürcüstan SPİKERİ
11 Noyabr 2026, 14:18
Almaniyada təhsil aldı, Qərblə qarşıdurmaya getdi - Gürcüstan SPİKERİ
Liderlər İlham Əliyevlə görüşdü, Paşinyan kənardan izlədi - GÖRÜNTÜLƏR
11 Noyabr 2026, 13:43
Liderlər İlham Əliyevlə görüşdü, Paşinyan kənardan izlədi - GÖRÜNTÜLƏR
Çox oxunanlar
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Məktəblərdə 7 gün dərs olmayacaq
Məktəblərdə 7 gün dərs olmayacaq
Bu universitetin müəllimləri maaşından 3 dəfə çox qazana biləcəklər
Bu universitetin müəllimləri maaşından 3 dəfə çox qazana biləcəklər
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Deputat
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Deputat
Şərurlu İsfəndiyar tələbələrə nə deyib? - Universitetdən açıqlama
Şərurlu İsfəndiyar tələbələrə nə deyib? - Universitetdən açıqlama
Moskva NATO qarşısında postsovet ölkələri ilə bağlı tələb qoydu
Moskva NATO qarşısında postsovet ölkələri ilə bağlı tələb qoydu
Parlament
Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əlaqələri genişlənir
14 Noyabr 2026, 20:03
Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əlaqələri genişlənir
Rusiya strateji baxımdan məğlub olub - Cavanşir Feyziyev
14 Noyabr 2026, 10:10
Rusiya strateji baxımdan məğlub olub - Cavanşir Feyziyev
Milli Məclis üç gün büdcəni müzakirə edəcək – GÜNDƏLİK
13 Noyabr 2026, 17:07
Milli Məclis üç gün büdcəni müzakirə edəcək – GÜNDƏLİK
Milli Məclisin Mədəniyyət komitəsi ictimai dinləmə keçirəcək
12 Noyabr 2026, 15:07
Milli Məclisin Mədəniyyət komitəsi ictimai dinləmə keçirəcək
Parlament gələn həftə 42,4 milyardlıq büdcəni üç gün müzakirə edəcək
12 Noyabr 2026, 14:35
Parlament gələn həftə 42,4 milyardlıq büdcəni üç gün müzakirə edəcək
Onlar kötək və qorxu altında yaxşı işləyirlər - Əziz Ələkbərli
10 Noyabr 2026, 20:22
Onlar kötək və qorxu altında yaxşı işləyirlər - Əziz Ələkbərli
Diaspor
Kiyevdə mənzili vurulan azərbaycanlı kirayəyə köçürülüb
15 Oktyabr 2026, 12:39
Kiyevdə mənzili vurulan azərbaycanlı kirayəyə köçürülüb
Ukraynadakı azərbaycanlılarla bağlı yeni rəqəmlər açıqlandı
14 Oktyabr 2026, 11:31
Ukraynadakı azərbaycanlılarla bağlı yeni rəqəmlər açıqlandı
Azərbaycanlılar da Kiyevi tərk edirlər
9 Oktyabr 2026, 13:43
Azərbaycanlılar da Kiyevi tərk edirlər
Azərbaycanlı biznesmen 106 milyard dividend götürüb
28 Sentyabr 2026, 14:37
Azərbaycanlı biznesmen 106 milyard dividend götürüb
Kiyevdə Azərbaycan vətəndaşı həlak olub - Zelenski açıqladı
28 Sentyabr 2026, 11:19
Kiyevdə Azərbaycan vətəndaşı həlak olub - Zelenski açıqladı
Hümmət Əliyevin erməni biznesmenlə gizli işbirliyi üzə çıxdı
22 Sentyabr 2026, 16:48
Hümmət Əliyevin erməni biznesmenlə gizli işbirliyi üzə çıxdı
Qərbi Azərbaycan
“Şurnuxuda ermənilər yox idi” - 19 yaşında kənddən çıxan azərbaycanlı DANIŞDI
17 Oktyabr 2026, 08:30
“Şurnuxuda ermənilər yox idi” - 19 yaşında kənddən çıxan azərbaycanlı DANIŞDI
Babəkə bu kənddə xəyanət edilib - Azərbaycanlıların deportasiya olunduğu Şəkinin SİRLİ TARİXİ
8 Oktyabr 2026, 08:50
Babəkə bu kənddə xəyanət edilib - Azərbaycanlıların deportasiya olunduğu Şəkinin SİRLİ TARİXİ
Zəngəzur dəhlizi açılıb? - Gorus-Qafan yolunda türk TIR-ları - GÖRÜNTÜ  
22 Sentyabr 2026, 10:13
Zəngəzur dəhlizi açılıb? - Gorus-Qafan yolunda türk TIR-ları - GÖRÜNTÜ  
Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır - GÖRÜNTÜ
21 Sentyabr 2026, 13:49
Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır - GÖRÜNTÜ
Qərbi Azərbaycan İcması bəyanat yaydı
16 Sentyabr 2026, 12:00
Qərbi Azərbaycan İcması bəyanat yaydı
Qərbi Azərbaycan İcması Ermənistanın son reaksiyasını pislədi - BƏYANAT
15 Sentyabr 2026, 09:36
Qərbi Azərbaycan İcması Ermənistanın son reaksiyasını pislədi - BƏYANAT
Qarabağ
Deputat Şuşa həbsxanasının bərpasına ETİRAZ ETDİ
13 Noyabr 2026, 13:51
Deputat Şuşa həbsxanasının bərpasına ETİRAZ ETDİ
Xankəndinin yeni informasiya saytı açıldı
12 Noyabr 2026, 14:41
Xankəndinin yeni informasiya saytı açıldı
Vətən müharibəsinin XTQ qazisi - 16 oktyabrda yaralandı, 16 dəfə əməliyyat olundu
8 Noyabr 2026, 18:00
Vətən müharibəsinin XTQ qazisi - 16 oktyabrda yaralandı, 16 dəfə əməliyyat olundu
İki qardaş döyüşə getdilər, biri şəhid oldu - Elçinin qəhrəmanlıq HEKAYƏSİ
8 Noyabr 2026, 17:40
İki qardaş döyüşə getdilər, biri şəhid oldu - Elçinin qəhrəmanlıq HEKAYƏSİ
Oğlumun qəlbi hərblə döyünürdü - Xalq artisti  
6 Noyabr 2026, 16:20
Oğlumun qəlbi hərblə döyünürdü - Xalq artisti  
Balalarımı hazırladım ki, biz şəhid ailəsi olacacağıq - Şəhid xanımı
5 Noyabr 2026, 09:36
Balalarımı hazırladım ki, biz şəhid ailəsi olacacağıq - Şəhid xanımı
Bəstəkar Arif Mirzəyevlə vida mərasimi keçiriləcək
Bu gün, 10:01
Bəstəkar Arif Mirzəyevlə vida mərasimi keçiriləcək
Allah rəhmət eləsi̇n
Rəşad Məcidə ağır itki
Bu gün, 09:08
Rəşad Məcidə ağır itki
Allah rəhmət eləsi̇n
AzTV-yə ağır itki üz verdi 
14 Noyabr 2026, 23:07
AzTV-yə ağır itki üz verdi 
Allah rəhmət eləsi̇n
Keçmiş nazirə ağır itki üz verib
14 Noyabr 2026, 17:00
Keçmiş nazirə ağır itki üz verib
Allah rəhmət eləsi̇n
Nazirlik əməkdaşı qəfil vəfat etdi
14 Noyabr 2026, 12:27
Nazirlik əməkdaşı qəfil vəfat etdi
Allah rəhmət eləsi̇n
Rektorun məsləhətçisi vəfat etdi
12 Noyabr 2026, 10:19
Rektorun məsləhətçisi vəfat etdi
Allah rəhmət eləsi̇n
Mobil tətbiqlərimiz:
Modern.az Android tətbiqini yüklə Modern.az iOS tətbiqini yüklə
Mobil tətbiqlərimiz:
  • Modern.az Facebook səhifəsi
  • Modern.az Instagram səhifəsi
  • Modern.az Teleqram kanalı
  • Modern.az Youtube kanalı
  • Modern.az Whatsapp nömrəsi
  • Modern.az X səhifəsi
  • Ana səhifə
  • Ölkə
  • Aktual
  • Parlament
  • Diaspor
  • Təhsil
  • Hadisə
  • Qərbi Azərbaycan
  • İqtisadiyyat
  • Analitika
  • İdman
  • Dünya
  • Qarabağ
  • Müsahibə
  • Reportaj
  • Media
  • Fotosöhbət
  • Mədəniyyət
  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Maqomayev 3 döngəsi, 1-ci Qəsr döngəsi 78
  • İndeks: AZ 1001
  • Telefon: +(994 12) 497 87 41
  • Whatsapp: (994) 55 946 06 60
  • E-poçt: [email protected]
Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2009-2026 modern.az
Powered by
Software Solutions Company | Coresoft
  • Son xəbərlər
  • Foto və Video
  • Redaksiya siyasəti
  • Əlaqə