Modern.az

ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu

ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu

17 Oktyabr 2021, 09:09

Birləşmiş Ştatların Kaliforniya ştatının Uittier şəhərində keçirilən Hallouin şənliyi zamanı baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.

 

Modern.az “Associated Press”ə istinadən xəbər verir ki, faktı Los-Anceles dairə polisi təsdiqləyib.

 

Polisin məlumatına görə, gecədə əvvəl dava düşüb, sonra isə naməlum şəxs tapançanı çıxarıb hadisənin baş verdiyi evin yaxınlığında dayanan izdihamı atəşə tutub.

 

Yaralılar 15-19 yaş aralığındadır. Onların hər üçü xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır-stabil qiymətləndirilir.

 

“Los Angeles Times” nəşrinin yazdığına görə, şübhəli hadisə yerindən qaçıb.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir