Modern.az

Qardaşını öldürənin işi MƏHKƏMƏDƏ

Qardaşını öldürənin işi MƏHKƏMƏDƏ

Aktual

19 Oktyabr 2021, 16:48

 

8 iyul 2021-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbə sakini 1976-cı il təvəllüdlü Zaur Məmmədovun bıçaqla sağlamlığına ağır xəsarət yetirilməsi və onun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Neftçala rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin qardaşı Vahid Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilməsi nəticəsində ölməsi müəyyənləşib.

 

Toplanmış kifayət qədər sübutlar əsasında Vahid Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır