Arxiv
22 Oktyabr 2021, 14:37 | AKTUAL
Fizuli bərpa olunacaq

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Fizulinin işğaldan azad olnduğu günün ildönuümündə - 17 oktyabr 2021-ci ildə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir. Müzəffər Ali Baş Komandan qeyd etmişdir ki, bir il bundan əvvəl şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edərək, Azərbaycan bayrağı qaldırdı və uzun fasilədən sonra Azərbaycan dövləti bu ərazilərdə öz suverenliyini təmin etdi. 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz həmin gün böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərərək. düşmənin canlı qüvvəsini, texnikasını məhv etdi, tarixi ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 

 

Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Füzuli uğrunda çox şiddətli döyüşlər getdi və bir neçə gün şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmənin müqavimət göstərməsinə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi və şəhəri azad etdi.

 

Rayonun mühüm strateji mövqeyi vardır. Belə ki, Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi Fizulidə çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmənin qurduğu istehkamları yarıb keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını və fədakarlığını göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi azad edildi və beləliklə, müharibənin taleyi bizim xeyrimizə həll olundu. 

 

44 gün davam edən İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması təsadüfi deyil. Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzü daha da artırdı Qarabağı görməyən gənclərimiz bu torpaqlar uğrunda ölümə gedirdilər. Əgər xalqımız bu qələbəyə inanmasaydı və dəstək göstərməsəydi, müharibəni zəfərlə bitirə bilməzdik. 

 

Düşmən işğalından azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlarımız öz doğma ocaqlarına qayıdacaqlar. Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülmüşdür. Bunun üçün düzgün planlaşdırma aparılmalı, ərazilər minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. ilk infrastruktur layihələri də məhz Füzulidə həyata keçirilir. 

 

İşğal dövründə Füzuli rayonunun azad olan ərazilərində 12 dəfə olmuş Prezident İlham Əliyev bütün bərpa-quruculuq işlərinə şəxsən nəzarət edir. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görülüb. Horadiz qəsəbəsinə şəhər statusu verilib və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzinə çevrilib. Burada 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikilmişdir. 

 

8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilmişdir ki, bu bəlkə də dünya praktikasında və dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanı tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilmiş, burada yarımstansiya açılmış və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Hazırda Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl və Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər, çünki bu Hava Limanı Qarabağın hava qapısı hesab olunur. 

 

Fizuli rayonunun Dövlətyarlı kəndində“Ağıllı kənd” konsepsiyası əsasında böyük yaşayış məntəqəsi salınacaq. Həmin kəndin inkişaf konsepsiyası təsdiq edildi və təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcəkdir. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır. Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcəkdir. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq ediləcəkdir.

 

Bildiyiniz kimi, erməni vandalları işğal altında olan əraziləri darmadağın etmişlər. Füzuli ən çox dağıntılara məruz qalmış rayondur, çünki burada bir dənə də salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. 

 

1991-ci ilin oktyabr ayının 18-ə Azərbaycan dövləti öz müstəqilliyini elan etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Bu gün Azərbaycan müstəqil ölkə olaraq Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. 

 

Ilk dəfə1990-cı il noyabr ayının 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bunu unutmaq olmaz, çünki bu həqiqi tarixdir.

 

Cümşüd Nuriyev

Odlar Yurdu Universitetinin professoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İraqda 5 terrorçu zərərsizləşdirildi 5 Dekabr 2021, 00:31 Hansı Avropa ölkələrində daha çox siqaret çəkilir? 5 Dekabr 2021, 00:18 Bakı və İrəvan arasındakı “barter"də kim qazandı... - TƏHLİL 5 Dekabr 2021, 00:12 Qarabağda daha bir erməni hərbçinin qalıqları TAPILDI 4 Dekabr 2021, 23:50 Dünyanın turizm paytaxtı bu şəhər olacaq 4 Dekabr 2021, 23:31 Zərərsizləşdirilən erməni təxribatçının cəsədi təhvil VERİLDİ 4 Dekabr 2021, 23:15 İranın nüvə obyekti yaxınlığında PARTLAYIŞ 4 Dekabr 2021, 22:59 “Ərdoğan Putinlə Zelenski arasında dialoq təşkil edə bilər” 4 Dekabr 2021, 22:44 ATƏT XİN başçılarının görüşünü keçirməyə HAZIRDIR 4 Dekabr 2021, 22:26 Keniyada avtobus çaya düşdü - 23 ölü  4 Dekabr 2021, 22:13 Ərdoğanın mitinqi öncəsi terror aktının qarşısı ALINDI 4 Dekabr 2021, 21:55 Türkiyədə koronavirusla bağlı son vəziyyət 4 Dekabr 2021, 21:48 “Telegram”ın işində nasazlıq 4 Dekabr 2021, 21:33 Təhvil verilən erməni hərbçilərin adları açıqlandı 4 Dekabr 2021, 21:14 Rusiyanın Suriyada kürd HƏMLƏSİ 4 Dekabr 2021, 21:01 Bayden və Putin bu tarixdə danışacaq 4 Dekabr 2021, 20:47 Ukraynaya daha çox "Bayraktar" SATILIB? 4 Dekabr 2021, 20:33 “Keçən bir il onu göstərir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb” 4 Dekabr 2021, 20:16 "Qarabağ" "Sabah"ı darmadağın etdi - Qış çempionu oldu 4 Dekabr 2021, 20:13 İndoneziyada vulkan püskürdü - Ölü və yaralılar var 4 Dekabr 2021, 20:07 Şabranda quşçuluq sexində yanğın 4 Dekabr 2021, 19:55 "Instagram"da nasazlıq yarandı 4 Dekabr 2021, 19:47 Gürcüstan silkələndi 4 Dekabr 2021, 19:39 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 4 Dekabr 2021, 19:26 Hüquq müdafiəçiləri nazirlə Tofiq Yaqublunun vəziyyətini müzakirə etdi 4 Dekabr 2021, 19:21 Aİ-dən Latın Amerikasına 3.4 milyardlıq yardım 4 Dekabr 2021, 19:09 Ermənistan digər ərazilərin mina xəritələrini də Azərbaycana VERDİ 4 Dekabr 2021, 18:41 Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO 4 Dekabr 2021, 18:32 Azərbaycan daha 10 erməni hərbçini TƏHVİL VERDİ 4 Dekabr 2021, 18:29 Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?