Modern.az

Rusiya məşhur jurnalisti axtarışa verdi

Rusiya məşhur jurnalisti axtarışa verdi

Media

15 İyul 2022, 13:54

Rusiya Daxili İşlər Nazirliyi məşhur jurnalist və media meneceri, NTV teleşirkətinin keçmiş baş direktoru Yevgeni Kiselyovu axtarışa verib.


Modern.az xəbər verir ki, onun adı nazirliyin saytındakı məlumat bazasında yerləşdirilib.
 

Jurnalistin axtarışı cinayət işi çərçivəsində aparılır. Lakin cinayət işinin hansı maddə ilə başlandığı açıqlanmır.


Qeyd edək ki, Yevgeni Kiselyov bundan əvvəl dəfələrlə Rusiyanın xarici siyasətini tənqid edib, Kremlin Ukraynada başladığı qanlı müharibəyə qarşı çıxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV