Modern.az

Millimizin “AVRO-2024”dəki rəqibləri BİLİNDİ

Millimizin “AVRO-2024”dəki rəqibləri BİLİNDİ

Aktual

9 Oktyabr 2022, 15:04

AVRO-2024 turnirinin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Modern.az-ın xəbərinə görə, Almaniyanın Frankfurt şəhərində təşkil olunan tədbirdə Azərbaycan millisinin də rəqibləri məlum olub.

 

Yığmamız seçmə mərhələnin 53 iştirakçısı sırasında yer alıb. 4-cü səbətdə qərarlaşan Azərbaycan millisi F qrupunda mübarizə aparacaq.

 

Canni de Byazinin yetirmələri Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, 2023-cü ildə keçiriləcək seçmə mərhələdə qruplarda ilk iki yeri tutanlar AVRO-2024-ə vəsiqə qazanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?