Modern.az

Ukraynalı uşaqların reabilitasiyası başa çatıb

Ukraynalı uşaqların reabilitasiyası başa çatıb

Aktual

10 Oktyabr 2022, 15:40

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən ukraynalı azyaşlıların sosial reabilitasiyası başa çatıb.

 

Bu barədə Modern.az-a nazirlikdən xəbər verilib.

 

Bildirib ki, 15 günlük sosial reabilitasiya proqramı çərçivəsində mütəxəssislər tərəfindən azyaşlılar üçün emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsi məqsədilə mütəxəssislərin iştirakı ilə müxtəlif tədbirlər, fərdi konsultasiyalar, ekskursiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, həmçinin digər ustad dərsləri təşkil edilib.

 

Qeyd edək ki, Ukraynadan Azərbaycana 29 uşaq gətirilmişdi.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?