Modern.az

Putinin də təklifləri var - Ərdoğan

Putinin də təklifləri var - Ərdoğan

Dünya

12 İyul 2023, 19:09

Ukraynadan taxılın daşınması üçün nəzərdə tutulan sazişin müddətinin yenidən uzadılması üçün danışıqlar davam edir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitinin yekunlarını dəyərləndirərkən deyib.

 

Ərdoğan bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski sazişin uzadılmasına tərəfdardır. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin də sazişlə bağlı təklifləri var.

 

Ərdoğan bu kimi məsələlərin üzərində çalışacaqlarını vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA