Modern.az

İslam alimi: “Məhərrəm ayında imamlara deyil, öz halımıza ağlayırıq” - MÜSAHİBƏ

İslam alimi: “Məhərrəm ayında imamlara deyil, öz halımıza ağlayırıq” - MÜSAHİBƏ

30 Oktyabr 2013, 15:36

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Məhərrəm ayı noyabrın 5-də başlayır.   
İndoneziyalı Muiz Sulistiano Əhli Beyit Alimlər dərnəyinin üzvüdür. O, Qum Beynəlxalq Əl Mustafa Universitetindən məzun olub. İslam dəyərləri ilə bağlı kifayət qədər bilinclidir və məsələlərə məhz alim kimi yanaşır. Onunla çox uzun söhbət edə bilməsək belə, dedikləri maraqlı və önəmli oldu. Modern.az indoneziyalı alimlə söhbəti təqdim edir.

- Məhərrəm ayı sizin üçün nə ifadə edir? Məhərrəm ayı üçün xüsusi hazırlıq görülməlidirmi?

- Məhərrəm ayı İslam təqviminin ilk ayıdır. Bu ay İslam dünyasının ən önəmli görüşməsi Həcdən sonra olur. Və bu da müsəlmanları bir araya gətirən aydır. Bu ay İslam dəyərlərinə sahib çıxdığımızın bir isbatıdır. Məncə bu aya yanaşma bir az fərqli olmalıdır. Olduqca vacib olan Kərbəla mesajı müstəqil olmağın və zinət altına girməməyin bir mesajıdır. Çünki azad düşüncən olmadan əsla özgür ola bilməzsən. İmamlar məhz bunu öyrədib. Xüsusi hazırlıq insanların daxilində olmalıdır.

- Bu üzdənmi hz. Hüseyn qiyam edib?

- Əgər hz. Hüseyn qiyam etməsəydi, İslamın özü yox ola bilərdi. Bəlkə də qalardı, amma mücadiləsiz və içi boş bir İslam olacaqdı. Məsələn, bir dövlət özgürlüyünü qazanmaq üçün savaşır və özgürlüyünü alır. Onun qiyməti daha anlamlı olur. Tabaqda sunulan özgürlüyün dadı olmaz.

- Bizim ölkəmizdə, eləcə də digər müsəlman ölkələrində bu ayda cox göz yaşı tökülür. Hətta özlərinə zərər verənlər də olur.

- Düzdü onların şəhid olması hər zaman bizi üzür və insanların göz yaşı tökməsini müsəlmanların vəfası kimi anlamaq olar. Onlar zülmə qarşı çıxıblar. Əslində biz öz halımıza ağlıyırıq. Onlara deyil. Onların bizə qoyduğu doğru İslamı biz indi bölük-bölük etmişik. Kim necə istəyir elə də təqdim edir. İmamlar insanları zülmdən qurtarmaq üçün şəhid olub. İndi insanların özlərini döyməsi anlamsızdır.

- Mənim ölkəmdə, Azərbaycanda Aşura günündə ehtiyacı olanlar üçüb qan verirlər.

- Məntiqlidir. Birinə yardım etmək İslamın təməlidir. Qanı boş torpağa axıtmaqdansa, bir din qardaşının bədənində axması daha doğrudur.

- Bəzən Məhərrəm ayında bir çox olaylar baş verir. Məsələn, dini adlar altında olan terrorçu qüvvələr var. Və bu da müsəlmanlara terrorçu damğası vurdurur.

- Bunun Məhərrəm ayı ilə əlaqəsi yoxdu. Sadəcə, terrorçular insanların toplaşdığı günləri gözləyir. Müsəlman terrorçu deyə bir şey yoxdu. Qatilin nə dini, nə də Allahı olur. Mən din adamıyam və siyasi məsələlərə yanaşmıram. Amma siz də bilirsiniz ki, bu olayların kökündə müsəlmanlar dayanmır.

Məhsəti Şərif 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq