Modern.az

NATO-dan Putinə cavab: “Biz belə söz verməmişik...”

NATO-dan Putinə cavab: “Biz belə söz verməmişik...”

18 Aprel 2014, 14:37

NATO rəsmiləri aprelin 17-də Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, alyansın rəsmiləri qeyd edirlər ki, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməməsi ilə bağlı hər hansı razılaşma yoxdur: “Rusiyanın rəsmi nümayəndələri iddia edirlər ki, ABŞ və Almaniya 1990-cı ildə alyansın Mərkəzi və Şərqi Avropaya doğru genişlənməməsi, Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi infrastruktur qurmayacaqlarına dair təminatlar verib. Amma heç kəs şərqə doğru genişlənməyəcəyinə söz verməyib. Bundan əlavə, NATO-nun genişlənməsi imkanları Almaniyanın birləşməzdən illər öncə dəyərləndirilib”.

Bundan başqa, NATO nümayəndələri təşkilatın Rusiyanı  təcrid etmək istəmədiklərini vurğulayıblar. Onlar “Sülh naminə tərəfdaşlıq” proqramını əməkdaşlığın nümunəsi kimi dəyərləndiriblər.

 

Xatırladaq ki, Vladimir Putin mətbuat konfransı zamanı NATO-nun baş katibi Andres Foq Rasmussen hələ Danimarkanın baş naziri olan zaman onunla görüşə gizli diktafon gətirdiyini və bütün danışıqları qeydə aldığını söyləyib. İntrenetdə həmin danışıqların bir hissəsi yayılıb. Ortaq mətbuat konfransından sonra təklikdə, bağlı qapılar arxasında görüş keçirən zaman iki dövlət başçısı arasında maraqlı dialoq baş verir.

“Siz, jurnalistlərinizin (Rusiya) bizim jurnalistlər kimi (Avropa) tənqidi yanaşmaya malik olduqlarını deyərkən haqlı idiniz”, - Rasmussen səs yazısında deyir.

 

Putinin cavabı belə olur: “Jurnalistlər? Axı onların hamısı quldurdular”.

 

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır