Modern.az

İranla danışıqlara Vens rəhbərlik edəcək

İranla danışıqlara Vens rəhbərlik edəcək

Dünya

24 Mart 2026, 17:29

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla müharibənin başa çatdırılması üzrə mümkün danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik edə bilər.

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri Pakistan mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, danışıqların Pakistanda keçirilməsi ehtimal olunur. Bildirilir ki, rəsmi Vaşinqton bu görüşlərdə yüksək səviyyəli təmsilçiliklə iştirak etməyi planlaşdırır.

Qeyd olunur ki, Vensin nümayəndə heyətinə rəhbərlik etməsi ehtimalı tərəflər arasında diplomatik səylərin intensivləşdiyini göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA