Modern.az

"İran ABŞ-ni tələyə salacaq"

"İran ABŞ-ni tələyə salacaq"

Dünya

27 Mart 2026, 18:44

İran ABŞ qoşunlarını öz ərazisinə daxil olmağa icazə verməklə tələyə salacaq.

Modern.az xəbər verir ki, bu sözləri ABŞ ordusunun təqaüdçü zabiti Daniel Devis bildirib.

O, X sosial media platformasında yazıb: "İran Hörmüz boğazında ABŞ-ın quru qüvvələri üçün ölümcül bir tələ hazırlayır və Vaşinqtonun buna düşməsini gözləyir".

Bundan əvvəl analitik Mark Sleboda Yaxın Şərqdə uzunmüddətli münaqişənin ABŞ üçün arzuolunmaz olduğu fikrini bildirmişdi, çünki ABŞ-nin vacib sursat ehtiyatları məhduddur.

"The Wall Street Journal" qəzeti ABŞ-ın İranla üç həftəlik münaqişədə 2,9 milyard dollar ziyan çəkdiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA