Modern.az

İsrail səhvini etiraf edib

 İsrail səhvini etiraf edib

13 İyul 2010, 09:56

İsraildə aparılmış hərbi araşdırma belə bir qənaətə gəlib ki, Qəzzaya yardım gətirən gəmilərə qarşı əməliyyatın aparılmasında yüksək səviyyədə səhvlərə yol verilib. Modern.az BBC-yə istinadən xəbər verir ki,  araşdırma kəşfiyyat məlumatlarının toplanmasını və əvvəlcədən planlaşdırma işindəki nöqsanları tənqid edir.

İstefada olan general Qiora Elandın rəhbərlik etdiyi komissiya istintaqının nəticələrini Tel-Əvivdə mətbuata təqdim edib. "Müxtəlif qərarların qəbulunda səhvlərə yol verilib. Buraya nisbətən yüksək səviyyədəki səhvlər də daxildir. Bütün bunlar nəticənin bizim istədiyimiz kimi olmamasına səbəb olub. Bizim araşdırma həm kəşfiyyat, həm qərar qəbul etmə proseslərində bəzi peşəkar səhvləri ortaya çıxarıb".

 

İsraildə yaradılmış ikinci araşdırma qrupu isə fəaliyyətini davam etdirir. Bu qrupa İsrail Ali Məhkəməsinin keçmiş hakimi Yakov Tirkel rəhbərlik edir.   

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı