Modern.az

Erməni səfirin oğluna hökm oxundu

Erməni səfirin oğluna hökm oxundu

4 Sentyabr 2014, 16:18


Ermənistanın Syunik (Zəngəzur) vilayət məhkəməsinin hökmünə əsasən ölkənin Gürcüstandakı səfiri Yuri Vardanyanın oğlu David Vardanyan 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, diplomatın oğlu narkotik vasitələrin qanunsuz qaçaqmalçılığında təqsirləndirilirdi. Həbslə yanaşı Yuri Vardanyan narkoloji asılılıqdan qurtulmaq üçün məcburi müalicəyə göndərilib.

Xatırladaq ki, David Vardanyan ifadələrində üzərində aşkar olunan həşişi İrandan qanunsuz keçirmədiyini və Ermənistanın Aqarak şəhərində şəxsi istifadə üçün aldığını iddia edirdi.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü