Arxiv
3 Aprel 2015, 10:02 | AKTUAL
Tərcümə Mərkəzinin I mükafatını alan tələbə: “12 qız arasında tək oğlan tələbə olmağımdan üzülmüşdüm, amma seçimim doğruymuş”

“Qazandığım qalibiyyətə görə məhz Azərbaycan Dillər Universitetinə borclu olduğumu düşünürəm”


Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin IV kurs tələbəsi Təvəkgül Zeynallı Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” tərcümə müsabiqəsində I mükafata layiq görülüb. Tələbə ən yaxşı nəsr əsərinin orijinaldan tərcüməsi nominasiyasında birinci yerə Şevrud Andersonun “Allahın qüdrəti” hekayəsinin tərcüməsinə görə layiq görülüb.
ADU tələbəsinin və tanınmış tərcüməçilərin iştirak etdiyi müsabiqəyə ingilis, rus, polyak, ispan, alman, fransız, fin, ərəb, fars, özbək, türk dillərindən edilən 115 tərcümə əsəri təqdim olunub.

Müsabiqə 3 mərhələdə keçirilib. Birinci mərhələdə təqdim olunan əsərlərin orijinala adekvatlığı Mərkəzin dil ekspertləri və ölkənin dilçilik üzrə mütəxəssisləri tərəfindən yoxlanılaraq qiymətləndirilib. İkinci mərhələdə 115 əsərdən 20-si seçilib. Üçüncü mərhələdə isə münsiflər heyəti həmin 20 əsərdən 10-nunu, daha sonra qalib əsərləri seçib. Müsabiqə qalibinin tərcümələri kitab halında nəşr olunacaq.

Təvəkgül Zeynallı 1994-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Nursu kəndində anadan olub. 2000-ci ildə Xəzər rayonu 149 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2011-ci ildə məktəbi bitirərək 625 balla Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə daxil olub. İngilis dilindən ilk tərcümələri (Şervud Anderson “Macəra”, “Ləyaqət”, Ernest Heminquey “Körpüdəki qoca”, “Bir günün nigarançılığı”) “Yazı” (2013. N 2), “Ulduz” ( 2014. N 2), “Azərbaycan” (2014. N 6), “Xəzər” (2014. N 1) jurnallarında və bir sıra ədəbi saytlarda yayınlanıb. Hal-hazırda XX əsr Amerika hekayələrinin tərcüməsindən ibarət kitab üzərində işləyir.

Çalışqan tələbə qalibiyyətdən sonra sevinc hisslərini Modern.az-a bölüşüb: “Düzün desəm, 4 il əvvəl Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə daxil olmağım barədə xəbəri alanda çox da sevinməmişdim. Aşağı siniflərdə oxuduğum vaxtlardan əsas məqsədim beynəlxalq münasibətlər fakültəsinə daxil olmaq idi. 11-ci sinifdə, imtahan hazırlıqlarının ən gərgin zamanlarında bu fakültənin III qrupdan çıxarıldığını eşidəndə çətinliklə də olsa, diqqətimi digər fakültələrdən biri olan Hüquqa yönləndirdim. Amma qəbul imtahanında topladığım bal (625 (XH), 615 (DT)) Hüquq fakültəsinə daxil olmaq üçün kifayət etmədi. Nəticələr elan ediləndə keçirdiyim təəssüf hissinə, sonralar I kursun ilk günlərində 12 qız arasında yeganə oğlan tələbə olaraq keçirdiyim təklik hissi, çətin dərslərlə baş-başa qaldığım zaman öz iradə və gücümə qarşı ilk dəfə duyduğum şübhə hissləri də əlavə edildi.
 Amma çox keçmədən, təxminən I kursun sonlarında heç cür bitib-tükənməyən dərsləri çatdırmağa çalışarkən yuxusuz qaldığım gecələrin, hər gün eyni auditoriyalarda tək-tənha keçirdiyim uzun saatların boşuna getmədiyini və mənə çox şeylər öyrətdiyini anladım. Və çox keçmədən hər səhər qapısından içəri girərkən gördüyüm o doğma həyətə, həyətdəki skamyalara, payızda yarpaqlarını tökməyən və qışın yağışlarında yuxarı mərtəbələrdəki auditoriyalardan, yazın günəşli günlərində 205-ci otaqdan baxarkən məni tamam başqa xatirələrə aparan ağacların gözəlliyinə, bir sözlə Azərbaycan Dillər Universitetinə aid olan hər şeyə vuruldum. ADU-ya qəbul olunarkən yaşamadığım sevinci də məhz sonralar Universitetdə təhsil aldığım müddətdə duydum. Qəbul olunandan sonra bu fakültənin qədrini bildim. Həm də bədii əsərləri də orijinaldan oxuyanda başa düşdüm ki, ayrı zövqdür. Sonra tərcüməyə marağım yarandı, 2-ci kursdan artıq tərcümələr etməyə başladım: Şervud Andersonun hekayəsini tərcümə etmişdim. Zövqünə güvəndiyim insanlar, fakültə dekanımız tərcümələrimi təriflədi. Bu təriflərdən sonra Ernest Heminqueyin iki hekayəsini, Andersondan daha bir hekayə çevirdim. Şübhəsiz ki, Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsi seçimimin doğru olduğuna Nazirlər Kabineti yanında Tərcümə mərkəzinin keçirdiyi “Dəf(i)nə yarpağı” müsabiqəsində I yeri tutarkən daha da əmin oldum.
Bədii tərcümə müsabiqəsində qazandığım qalibiyyətə görə məhz əziz Universitetimə, tərcümə fakültəsində verilən yüksək təhsilə, bütün müəllimlərimə borclu olduğumu düşünür, onlara və xüsusən də mənim bədii tərcümələrimi ən çox dəyərləndirən, ən çox tərifləyən və bu təriflərlə məni bədii tərcümə işinə daha da həvəsləndirən Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyevə böyük təşəkkürümü bildirmək istəyirəm”.


Yeganə Oqtayqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Manat və dollar həftəyə bu məzənnə ilə başladı 9 Dekabr 2019, 08:21 Bakıda bacı və qardaş bıçaqlanıblar 9 Dekabr 2019, 08:20 Qızıl mədənində 4 fəhlə öldü 9 Dekabr 2019, 00:54 İtalyan nəşri Bakı aeroportundan yazdı 9 Dekabr 2019, 00:39 Qanunsuz yolla qaçmaq istəyən miqrantlar saxlanılıb 9 Dekabr 2019, 00:19 İş yerlərində bu qaydalara əməl edilməlidir - AGENTLİK 8 Dekabr 2019, 23:57 Tovuzda iki qadın dəm qazından zəhərləndi 8 Dekabr 2019, 23:34 Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb 8 Dekabr 2019, 23:15 Ukraynada sabiq prezidentə yumurta atdılar - VİDEO 8 Dekabr 2019, 22:50 SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var 8 Dekabr 2019, 22:32 Məktəb direktorunun qızı Bakıda özünü binadan atdı 8 Dekabr 2019, 22:13 İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı 8 Dekabr 2019, 21:46 Lənkəranda 3 bal gücündə zəlzələ oldu 8 Dekabr 2019, 21:35 Hava limanı yolunda ağır qəza tıxaca səbəb oldu 8 Dekabr 2019, 21:02 Dövlət satınalmalarında  ciddi islahatlara ehtiyac var 8 Dekabr 2019, 20:49 ABŞ-la İran saxladıqları girovları dəyişdirdi - FOTO 8 Dekabr 2019, 20:32 Bakıda 36 yaşlı kişi mənzilində ölü tapıldı 8 Dekabr 2019, 20:16 Sürücülərə XƏBƏRDARLIQ: bu yollarda sürət həddi endirildi 8 Dekabr 2019, 20:01 Litvada idman təyyarəsi qəzaya uğrayıb 8 Dekabr 2019, 19:31 Keniyada ölənlərin sayı 7-yə çatdı 8 Dekabr 2019, 19:26 Daşqınlar zamanı 22 nəfər ölüb 8 Dekabr 2019, 19:00 Beynəlxalq Avtovağzal yaxınlığında avtomobil yanır 8 Dekabr 2019, 18:30 Valideynləri azyaşlı uşaqlara işgəncə verib - FOTOLAR 8 Dekabr 2019, 17:48 Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti tapılıb 8 Dekabr 2019, 17:36 Aftandil Hacıyev: "10 oyun qalib gəlməmək böyük problem deyil" 8 Dekabr 2019, 17:31 Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb 8 Dekabr 2019, 17:17 İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb 8 Dekabr 2019, 16:44 Azərbaycan ağırlıqqaldıranı ikinci dəfə Avropa çempionu olub 8 Dekabr 2019, 16:08 Həmkarı Yevda Abramovdan yazdı 8 Dekabr 2019, 16:02 Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni FOTOSU  8 Dekabr 2019, 14:06
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?