Modern.az

“Qarabağ probleminə görə beynəlxalq təşkilatlara ümid qalmayıb”

“Qarabağ probleminə görə beynəlxalq təşkilatlara ümid qalmayıb”

Təhsil

13 May 2015, 17:42


“Neçə müddətdir Avropanın aparıcı nəşrləri korrupsiya faktlarından yazırlar”. Modern.az saytının məlumatına görə, bunu deputat Məlahət İbrahimqızı deyib. O, parlamentdə Avropa Oyunlarına qarşı aparılan kampaniya əleyhinə keçirilən dinləmədə çıxış edərkən bildirib ki, Avropa ölkələri Yaxın Şərqdə yeni münaqişə ocaqları yarandıqdan sonra qaçqınların axını ilə bağlı referendum keçirilib:

“Bu referendumun nəticələrinə görə bir nəfər də miqrant Avropa məkanına buraxılmamalıdır. Avropa təsisatları bir dəfə də olsun Aralıq dənizində ölən miqrantlarla bağlı müzakirələr aparmır. Halbuki, bunu müzakirəyə çıxarmaq onların borcudur. Çünki Orta Şərqdə Avropa Birliyinə daxil olan ölkələrin hərbçiləri mübarizə aparırlar”.

Deputat təklif edib ki, Avropadakı nüfuzlu təşkilatlara Azərbaycanda tanınmış QHT-lərin təşəbbüsü ilə müraciət göndərilməlidir: “Onsuz da Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın beynəlxalq təşkilatlara ümidi qalmayıb. Amma yenə də bir işıq ucu ola bilər”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir