Modern.az

Nömrəni söküb avtobus zolağına daxil olan qazi imiş - VİDEO

Nömrəni söküb avtobus zolağına daxil olan qazi imiş - VİDEO

Ölkə

25 Noyabr 2025, 17:02

Bakıda qeydiyyat nişanı olmadan idarə edilən avtomobilin görüntüləri yayılıb.

Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, Səbail rayonunda lentə alınan həmin görüntülər araşdırılıb.

Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Sizə yeni x var
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU