Modern.az

Sosial müavinət alanlarla bağlı yeni statistika

Sosial müavinət alanlarla bağlı yeni statistika

Ölkə

Bu gün, 17:18

Ötən il daha 17 min 800 nəfər aylıq sosial müavinət alıb. 

Modern.az-ın Nazirlər Kabinetinin hesabatlarından əldə etdiyi məlumatlara görə, 2024-cü ildə ölkədə 453,3 min nəfər aylıq sosial müavinət alırdısa, bu rəqəm 2025-ci ildə 471,1 min nəfərə yüksəlib. 

Qeyd edək ki, 2025-ci ildə 58 min nəfərə və ya ölkə əhalisinin 0,6%-nə birdəfəlik olmaqla, ümumilikdə 529 min nəfərə və ya ölkə əhalisinin 5,2%-nə sosial müavinət ödənilib. 

2024-cü ildə 401,4 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü alırdısa, bu rəqəm 2025-ci ildə 5,2 min nəfər artaraq 406,6 min nəfərə və ya ölkə əhalisinin 4 %-nə qədər yüksəlib. 
 

Sizə yeni x var
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!